«Qalib gəlmək istəyən komanda matçı idarə etməyi bacarmalıdır»
Xəbərlər / 12 Avqust 2017 | 22:56298
«Qalib gəlmək istəyən komanda matçı idarə etməyi bacarmalıdır»

Topaz Premyer Liqasının I turunun “İnter” – “Qəbələ” oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Komandadan nə gözlədiyimi öncədən təsəvvür etmək çətindir. Özümə də maraqlıdır ki, necə olacaq. Fasilədə futbolçularla həmişə söhbət edirik. Düzəltməli olduğumuz çatışmazlıqları deyirik. Hələ komandanın üzərində çalışırıq. Natamam görünən məqamların üzərində işləyirik. Oyun quruculuğu və fərdi oyun üzərində hələ çalışmalıyıq. Düşünmürəm ki, heyətə yeni oyunçu qataq. Artıq heyəti komplektləşdirmişik. Avrokuboklarda oynamadığımızdan transfer addımları atmayacağıq. Komandadan getmək istəyənlərlə razılaşmaya bilməzdik. Onlar getmək istəyirdi. Matçın sonluğunda rəqibin üstünlüyü ələ almasına gəlincə, hesab 2:0 olduqdan sonra rəqibə təzyiqi artırmaq lazım idi. Lakin qol buraxandan sonra sonluq həmişə belə olur. Qalib gəlmək istəyən komanda matçı idarə etməyi bacarmalıdır. Bütün futbolçuların oynamasını istəyirik. Oyunçu çoxluğu ilə bağlı problem görmürəm. Çünki müxtəlif səbəblərdən bir neçə oyunçunun olmamağı da mümkündür”.