“Qarabağ” – “Qəbələ”: 46-cı duel
Xəbərlər / 8 Fevral 2018 | 21:33326
“Qarabağ” – “Qəbələ”: 46-cı duel

Bu həftə Topaz Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Qış fasiləsinin ardından XV turun oyunları keçiriləcək. 2018-ci ilin ilk turu liderlərin dueli ilə əlamətdar olacaq. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan, ötən mövsümü də ən yüksək mövqelərdə başa vuran “Qarabağ”la “Qəbələ” Bakıda üz-üzə gələcək. “Qırmızı-qaralar” paytaxtdakı oyunda 46-cı dəfə Ağdam klubu ilə qarşılaşacaq. Belə ki, indiyədək “Qəbələ” və “Qarabağ” 45 dəfə görüşüb. Rəqiblərin növbəti dueli fevralın 10-na təsadüf edəcək.

İlk dəfə 2006-cı ildə qarşılaşan komandaların matçlarında “Qarabağ” daha çox – 18 qələbə qazanıb. Komandamızın hesabında isə 11 uğur var. Digər 16 matçda qalib müəyyənləşməyib. Arxada qalan 45 oyunda “Qəbələ” 41 qol vurub, 54-nü buraxıb.

“Qırmızı-qaralar”ın “Qarabağ”ın qapısından keçirdiyi 41 topa 27 futbolçu imza atıb. Komandamızın ən yaxşı bombardiri braziliyalı Dododur. O, ağdamlıların qapısına 5 qol vurub. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

“Qəbələ”nin “Qarabağ”la oyunlarından 38-i Premyer Liqa, 7-si Azərbaycan kubokuna təsadüf edib. Çempionatda ağdamlılar 17, qəbələlilər 10 dəfə 3 xala sevinibsə, 11 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqa duellərində “qırmızı-qaralar” 36 qol vurub, 48-ni buraxıb.

Bir dəfə - kubokun finalında neytral meydanda üz-üzə gələn tərəflər hərəyə 22 ev oyunu keçirib. “Qəbələ”nin səfər matçlarına gəlincə, rəqib meydanında 4 qələbəsi olan komandamız 8 heç-heçə edib və 10 dəfə uduzub. Meydan sahibləri 29, “qırmızı-qaralar” 17 dəfə fərqlənib.

Cari mövsüm baş tutan ilk iki dövrənin oyunları meydan sahibi olan komandanın qələbəsi ilə başa çatıb. 2017-ci il avqustun 26-da keçirilən III turun matçında Ağdam klubu 2:1 hesablı ev qələbəsi qazanıbsa, IX turun Qəbələdəki oyununda komandamız 1 qolla qalib gəlib.

“Qarabağ” – “Qəbələ”: Bütün oyunlar 

2006/07 mövsümü

 

20.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2

Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88

 

22.02.2007. Premyer Liqa. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2

Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81

 

2007/08 mövsümü

 

06.10.2007. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Bokunqu Ncioli Fiston, 62 // Aslan Kərimov, 13, Qoqa Beraya, 52

 

13.04.2008. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Kənan Kərimov, 8, Aslan Kərimov, 56 // Vladimir Taranu, 80

 

2008/09 mövsümü

 

20.09.2008. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Kənan Kərimov, 78 // Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

 

15.03.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

2009/10 mövsümü

 

23.09.2009. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

06.12.2009. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Tomaş Stolpa, 52 (p.) // Rəşad Sadiqov, 78

 

21.03.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 3:1

Paulino Lopes Tavares, 49, İqor Melnik, 73, 84 // Georgi Adamiya, 43

 

24.04.2010. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Rauf Əliyev, 10 // Kənan Kərimov, 18 (p.)

 

2010/11 mövsümü

 

25.09.2010. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Deon Burton, 57, Branimir Subaşiç, 72 // Emin İmaməliyev, 83

 

13.02.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Rauf Əliyev, 15, Georgi Adamiya, 63, Əfran İsmayılov, 75

 

2011/12 mövsümü

 

27.08.2011. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Viktor Mendi, 37

 

21.12.2011. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

 

14.03.2012. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Viktor Mendi, 41; Dodo, 65 // Rauf Əliyev, 46; Muarem Muarem, 90

 

18.03.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

İlqar Qurbanov, 90+1 // Viktor Mendi, 16

 

28.03.2012. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

14.04.2012. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Yannik Kamanan, 70

 

2012/13 mövsümü

 

31.10.2012. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Muarem Muarem, 59 // Rəşad Abdullayev, 32, Dodo, 34

 

10.02.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Luka Zinko, 41 // Riçard Almeyda, 55 (p.)

 

27.02.2013. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Dodo, 33 // Vüqar Nadirov, 56

 

07.03.2013. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

 

30.03.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:0

Riçard Almeyda, 39

 

28.04.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:2

Reynaldo Silva, 69, 77 

 

2013/14 mövsümü

 

25.08.2013. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1

Vüqar Nadirov, 16

 

03.11.2013. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 4:3

Nikolas Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Marinaldo da Silva, 65 // Lorenso Ebesilio, 72, Leonardo da Silva, 78, Dodo, 86

 

08.02.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 0:1

Reynaldo Silva, 74

 

12.03.2014. Azərbaycan kuboku. Qəbələ - Qarabağ (Ağdam) - 0:0

 

19.03.2014. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 1:2

Reynaldo Silva, 60 // Daniel Subotiç, 45+1; Viktor Mendi, 81

 

30.03.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 3:0

Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87

 

2014/15 mövsümü

 

17.10.2014. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89(p.) 

 

14.12.2014. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:1

Bəxtiyar Soltanov, 46, Dodo, 60 // Namiq Ələsgərov, 23

 

28.02.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:1

Namiq Ələsgərov, 45 (ö.q.) 

 

02.05.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:1

Reynaldo, 55 // Cavid Hüseynov, 90(p.)

 

2015/16 mövsümü

 

10.08.2015. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:2

Sergey Zenyov, 32, Samir Zərgərov, 87 //  Riçard Almeyda, 62 (p.), 83

 

19.12.2015. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 1:1

Əfran İsmayılov, 79 //  Ermin Zets, 4

 

19.03.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:2

Sergey Zenyov, 17 //  Migel Madera, 9, Mahir Mədətov, 72 

 

11.05.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Dani, 17, 32

 

2016/17 mövsümü

 

02.10.2016. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0

Filip Ozobiç, 11; Baqali Dabo, 14

 

29.11.2016. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64

 

19.02.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 2:0

Sergey Zenyov, 30; Filip Ozobiç, 68

09.04.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 0:0

05.05.2017. Azərbaycan kuboku. Qarabağ (Ağdam) - Qəbələ - 2:0

Mahir Mədətov, 52; Ürfan Abbasov, 68 (ö.q.)

26.08.2017. Premyer Liqa. Qarabağ (Ağdam) - Qəbələ - 2:1

Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69

22.10.2017. Premyer Liqa. Qəbələ - Qarabağ (Ağdam) - 1:0

Asif Məmmədov, 8