«Qarabağ» – «Qəbələ» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 8 Fevral 2018 | 18:09240
«Qarabağ» – «Qəbələ» oyununun hakimləri müəyyənləşdi 

Topaz Premyer Liqasında 2018-ci ilin ilk turunun hakim təyinatları açıqlanıb. Fevralın 10-da start götürəcək mövsümün ikinci yarısı XV turun qarşılaşmaları ilə başlayacaq. Turun mərkəzi oyununda “Qarabağ”la görüşəcək “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Şənbə günü keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Yaşar Abbasovla Namiq Hüseynov olacaqlar. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. 

Xatırladaq ki, fevralın 10-da “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 19:00-da başlayacaq.

 

Topaz Premyer Liqası

III dövrə

XV tur

10 fevral (şənbə)

19:00. “Qarabağ” – “Qəbələ”

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov

Dördüncü hakim: Rəvan Həmzəzadə

“Azərsun Arena”