Qəbələ 3 xalı 3 qolla qazandı
Oyun icmalı / 3 Dekabr 2011 | 20:00784
Qəbələ 3 xalı 3 qolla qazandı

"Qəbələ" 3:1 "Sumqayıt Şəhər" 

04 dekabr 2011. Saat 14:00. Qəbələ şəhər Hacıalı qəsəbə stadionu. 1000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, İsgəndər Əliyev
Dördüncü hakim: Fuad Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Saşa Yunisoğlu, 62 ; Luiz Paulo Hilario, 71 ; Aleksandr Çertoqanov, 90+2 
Qollar: Serge Djiehoua, 37; Luiz Paulo Hilario, 70; Viktor Mendi, 86 // Samir Abbasov, 39
Artırılan vaxt: I hissədə -yoxdur; II hissədə - 3 dəq.

Unibank Premyer Liqasının 15-ci turunda “Qəbələ” doğma divarlar arasında “Sumqayıt Şəhər”lə üz-üzə gəldi. Qəbələ mərkəzi stadionu qarla örtülü olduğuna görə matç yeni istifadəyə verilmiş Hacallı Stadionunda baş tutdu. 
Daha öncə bir dəfə - cari çempionatın təsnifat mərhələsinin ilk turunda qarşılaşan komandaların duelində “Qəbələ” 2:1 hesabilə qalib gəlmişdi. Bu matçda da “Qəbələ” aşkar favorit hesab olunurdu. 
Matç gözlənildiyi kimi Fatih Kavlakın yetirmələrinin hücumları ilə başladı. İlk təhlükəli zərbə isə serb yarımmüdafiəçi Veselko Trivunoviçin aktivinə yazıldı. Lakin qapışının diqqətli oyunu qola imkan vermədi. 17-ci dəqiqədə Mendi qapıçı ilə üzbəüz qalsa da, Sahil Kərimov topa keçid vermədi. Epizodun davamında Cehua boş qapımı dəqiq nişan ala bilmədi. “Sumqayıt  Şəhər”in “Qəbələ”nin qapısına ilk zərbəsi 27-ci dəqiqəyə təsadüf etdi. Timur İsrafilovun  sevinməsinə Doroşev imkan vermədi. 1 dəqiqə sonra Doroşev yenidən diqqət mərkəzinə gəldi. Bu dəfə golkiper Orxan Həsənovun baş zərbəsinin qarşısını aldı.  37-ci dəqiqədə isə “Qəbələ” istədiyinə nail oldu. Künc zərbəsindən sonra Dodo Cehuaya başla ideal ötürmə verdi. Cehua şansı qaçırmadı: 1-0. 2 dəqiqə sonra isə “Sumqayıt Şəhər” hesabı bərabərləşdirdi. Samir Abbasov cərimə zərbəsindən topu birbaşa tora göndərdi: 1-1.
İkinci hissənin ilk 20 dəqiqəsi tərəflərin meydanın mərkəzi uğrunda mübarizəsi ilə yadda qaldı. Tədricən üstünlüyü ələ keçirən “Qəbələ” 70-ci dəqiqədə hesabda irəli çıxdı. Lyubo Baraninin aut xəttindən ötürməsini qapıçı uzaqlaşdıra bilmədi. Fürsət gözləyən Dodo tək toxunuşla “meşin yuvarlağı” çərçivəyə göndərdi: 2-1. Qoldan həvəslənən meydan sahibləri “Sumqayıt Şəhər” qapısı qarşısında ardıcıl bir neçə təhlükəli vəziyyət yaratsalar da, yalnız 86-cı dəqiqədə istəklərinə nail oldular. Vurğun Hüseynovun ötürməsini Mendi tamamladı və matçın yekun nəticəsini müəyyənləşdirdi: 3-1. 
Fatih Kavlak: “Bugün komandamız meydançada distiplinli və sonadək mübarizə aparmalı olduğunu bilirdi. Ümumilikdə futbolçularım bu tapşırığın öhdəsindən gəldilər. Buna görə onları təbrik edirəm. İlk hissədə bir neçə fərqlənmək imkanımız olsa da, yalnız bir epizodda fərqləndik. İkinci hissədə isə daha yaxşı oyun nümayiş etdirərək qələbəni təmin etdik. Azərbaycan çempionatında hər oyun çətindi. Qarşıdakı oyunlarda ardıcıl qələbələr qazanmağı hədəfləyirik.”

“Qəbələ”

12. Pavel Doroşev
3. Vurğun Hüseynov
6. Lyuba Baranin (k)
8. Bruno da Silva
9. Viktor Mendi
(17. Arif İsayev, dəq.89)
11. Serge Djiehoua
14. Veselko Trivunovic
(26. Daniel Lopes Kruz, dəq.86)
15. Nodar Məmmədov
18. Aleksandr Çertoqanov
33. Saşa Yunisoğlu
77. Luiz Paulo Hilario
(7. Yaşar Abuzərov, dəq.88)

Ehtiyat oyunçular: 

30. Qrem Smit
5. Sergey Sokolov
22. Murad Hüseynov
20. Stiv Olfers

Baş məşqçi: Fatih Kavlak

“Sumqayıt Şəhər”

12. Sahil Kərimov
4. Samir Abasov (k)
16. Hacı Əhmədov
22. Ruslan Tağızadə
25. Timur İsrafilov
8. Emin Mustafayev
(27. Ramil Həşimzadə, dəq.79)
7. Mahmud Qurbanov
9. Orxan Həsənov
(50. Samir Abdulov, dəq.75)
52. Bədavi Hüseynov
47. Abdulla Abatsiyev
(2. Slavik Alxasov, dəq.69)
11. Kamil Nurəhmədov

Ehtiyat oyunçular: 

1. Emil Balayev
70. Şamil Camaləddinov
5. Ramil Nuriyev
15. Aleksandr Qross

Baş məşqçi: Bernhard Raab