«Qəbələ» «Adanaspor» qələbəsi ilə başladı...Fotoreportaj
Oyun icmalı / 17 Yanvar 2015 | 17:44855
«Qəbələ» «Adanaspor» qələbəsi ilə başladı...Fotoreportaj

"Qəbələ" - "Adanaspor" - 3:2 
Qollar: B.Mustafazadə, 35 . Markinyos, 65-pen . E.Ehiosun, 83 - Cem, 26. Hakan, 72.

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün toplanış çərçivəsində iki oyun keçirib. İlk matçda komandamız Türkiyə I Liqasında mübarizə aparan "Adanaspor"la qarşılaşıb. "Qəbələ" "Adanaspor" önünə aşağıdakı heyətlə çıxıb:

1. Kamran Ağayev (55. Cavidan Hüseynzadə)
13. Murad Musayev
3. Şirməhəmməd Məmmədov
8. Markinyoş
23. Emin Zamanov
87. Bəhlul Mustafazadə
17. Qismət Alıyev (31. Ramazan Həsənov)
90. Ekiqo
99. Tellur Mütəllimov
24. Elnur Mustafazadə (77. Ehtiram Şahverdiyev)
12. Aleksandru Benqa

Oyun komandaların bərabər mübarizəsi şəraitində keçib. İlk hissədə Adana təmsilçisinin heyətində Cem, "Qəbələ"də isə Bəhlul Mustafazadə fərqlənib. İkinci hissəyə "Qəbələ" daha yaxşı başlayıb. Rəqibi təzyiq altında saxlayan "qırmızı-qaralar" 65-ci dəqiqədə penalti qolu ilə irəli çıxıblar. Markinyoş qapıçıya şans verməyib. 72-ci dəqiqədə rəqib penalti qolu ilə status-kvonu bərpa edib - 2:2. "Qəbələ"nin qələbə qolu Ekiqonun aktivinə yazılıb. Tellur Mütəllimovdan gözəl ötürmə alan afrikalı futbolçu komandasının qalibiyyətini təmin edib. Beləliklə, "Qəbələ" günün ilk matçını qələbə ilə yekunlaşdırıb.