«Qəbələ» Afina hazırlığına start verdi
Xəbərlər / 23 İyul 2017 | 22:58425
«Qəbələ» Afina hazırlığına start verdi

UEFA Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” səfərdəki ilk oyunun hazırlıqlarını davam etdirir. Polşanın “Yagelloniya” klubu ilə II təsnifat mərhələsinin cavab matçından sonra iki gün Varşavada məşq edən “qırmızı-qaralar” Afinaya yollanıb. Bu gün Yunanıstan paytaxtına çatan komandamız “Hilton” otelində məskunlaşıb. “Qırmızı-qaralar” günün ikinci yarısında Afinada ilk məşqinə çıxıb. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. Zədə səbəbindən “Yagelloniya” ilə qarşılaşmalarda iştirak edə bilməyən Baqali Dabo artıq kollektiv çalışmalara qatılıb.

Xatırladaq ki, iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatainaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.