«Qəbələ» Antalyada ikinci oyununu keçirdi
Oyun icmalı / 14 Yanvar 2015 | 18:11877
«Qəbələ» Antalyada ikinci oyununu keçirdi

 

 

“Qəbələ”  - “Eskişehirspor” (Türkiyə) 1:3
Qollar: Onur Bayramoğlu, 10 (0:1), Mehmet Feyzi Yıldırım, 45 (0:2), Aydın, 78 (0:3), Markinyoş, 87 (1:3)

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" toplanış çərçivəsində ikinci oyununu keçirib. İlk matçda PSV-nin (Hollandiya) ikinci komandası ilə qarşılaşan (0:0) "qırmızı-qaralar" bu dəfə Türkiyə təmsilçisi "Eskişehirspor"la qarşılaşıb. "Qəbələ" matça aşağıdakı heyətlə çıxıb:

Anar Nəzirv (Kamran Ağayev), Ürfan Abbasov, Aleksandru Benqa (Sadiq Quliyev), Ruslan Abışov (Dennis Dauda), Ruslan Tağızadə, Elvin Camalov (Qismət Alıyev), Aleksey Qay (Adrian Ropotan), Rəşad Sadiqov (Markinyoş), Cavid Hüseynov (Ekiqo Ehiosun), Bəxtiyar Soltanov (Tellur Mütəllimov), Ruslan Fomin (Viktor Mendi)

Güclü yağışın müşayiəti ilə baş tutan matçda "Eskişehirspor" daha üstün tərəf olub. "Qəbələ" rəqibin üç qoluna yalnız bir qolla cavab verə bilib. Bununla da Roman Qriqorçukun komandası Antalyada ilk məğlubiyyətini alıb.

Komandamızın növbəti yoxlama görüşü yanvarın 17-i baş tutacaq. Sözügedən qarşılaşmada "Qəbələ" "Vorskla" (Poltava, Ukrayna) ilə üz-üzə gələcək.