«Qəbələ» Antalyada ilk oyununu keçirdi
Xəbərlər / 14 Yanvar 2020 | 19:51474
«Qəbələ» Antalyada ilk oyununu keçirdi

"Qəbələ" - MTK (Macarıstan) - 0:3 

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib. Yanvarın 12-dən qonşu ölkədə olan “qırmızı-qaralar” hazırlığın 3-cü günündə Macarıstanın MTK klubu ilə görüşüb. Matç “Karvansaray” otelinin meydançasında baş tutub. Oyundan öncə Faiq Hacıyev zədələndiyi üçün start heyətdə meydana Amin Seydiyev çıxıb. 

Elmar Baxşıyevin yetirmələri görüşə aşağıdakı “11-lik”lə başlayıb: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 3. İvitsa Juniç, 8. Qismət Alıyev, 2. Amin Seydiyev, 11. Asif Məmmədov (k), 77. Merab Qiqauri, 7. Roman Hüseynov, 19. Rövlan Muradov, 17. Yaovi Akakpo, 9. Ehtiram Şahverdiyev.

Oyun qarşılıqlı hücumlarla başlayıb. Matçın ilk 45 dəqiqəsi qolsuz başa çatıb. Matçın gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. Görüşdə vurulan bütün toplar fasilədən sonraya təsadüf edib. İkinci yarıda üç qol vuran Macarıstan təmsilçisi qarşılaşmadan qələbə ilə ayrılıb.

Xatırladaq ki, “Qəbələ” Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız növbəti matçını yanvarın 18-də Rusiyanın “Çayka” klubuna qarşı keçirəcək.