«Qəbələ» Avstriya toplanışını qələbə ilə başa vurdu - Fotolar
Xəbərlər / 8 İyul 2017 | 20:28450
«Qəbələ» Avstriya toplanışını qələbə ilə başa vurdu - Fotolar

“Qəbələ” – “Utrext” (Hollandiya) – 1:0
(Famoussa Kone, 64)
Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşıb. Baş məşqçi Roman Qriqorçuk start heyətində aşağıdakı futbolçulara şans verib: Dmitri Bezotosnı, Qismət Alıyev, Rasim Ramaldanov, Vojislav Stankoviç, Ürfan Abbasov, Endi Hallidey, Elvin Camalov, Xavi Ernandes, Filip Ozobiç, Cavid Hüseynov, Famoussa Kone.
Oyun qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” üstünlüyü ələ alıb. Topa daha çox nəzarət edən “qırmızı-qaralar” fasiləyədək bu üstünlüyü qola çevirə bilməyib. Oyunun gedişində Vitali Vernidub Stankoviçi, İlqar Qurbanov Abbasovu, Asif Məmmədov Ozobiçi, Araz Abdullayev Qisməti, Roman Hüseynov Hallideyi, Aqil Məmmədov Bezotosnını, Fərid Nəbiyev Xavini əvəzləyib. 
İkinci hissə də komandamızın üstünlüyü şəraitində keçib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Konenin 64-cü dəqiqədə vurduğu qol “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb. 
Xatırladaq ki, komandamız bu matçadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”i (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və “Ludoqorets” (0:2), Avstriya “Qrodiq”i (7:0) və Kiyev “Dinamo”su ilə (1:2) görüşüb.