«Qəbələ» AZAL-ı bir qolla keçdi
Oyun icmalı / 22 Noyabr 2013 | 13:08797
«Qəbələ» AZAL-ı bir qolla keçdi

"Qəbələ"-AZAL 1:0



22 noyabr 2013. Saat 14:20. Qəbələ şəhər stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, İsgəndər Əliyev
Dördüncü hakim: Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr:  Luis Paulo Hilario, 36 (qeyri-idman hərəkəti); Viktor Mendi, 65 (qeyri-idman hərəkəti); Leonardo da Silva, 82 (qeyri-idman hərəkəti) // Viktor İqbekoyi, 34 (perspektivli hücumun qarşısını aldığına görə) 
Qol: Leonardo da Silva, 72 
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

Premyer Liqanın XIV turunda "Qəbələ" doğma meydançada AZAL-ı qəbul etdi. Komandaların yubiley - 20-ci qarşılaşması yuxarı yerlər uğrunda mübarizə baxımından hər iki tərəf üçün önəm kəsb edirdi. 
Qarşılaşma tərəflərin ehtiyatlı hücumları ilə start götürdü. Tədricən üstünlüyü ələ keçirən "Qəbələ"nin ilk təhlükəli epizodu 6-cı dəqiqəyə təsadüf etdi. Yannik Kamanan qapıçı ilə üzə-qalsa da, dueldən məğlub ayrıldı. Növbəti təhlükəli zərbə Ebesilionun adına yazıldı. Lakin bu epizod da qapıçı səhvsiz oynadı. Hissənin ən real qol vəziyyətini isə Subotiç yaratdı. O künc zərbəsindən ötürülən topu başla qapıya istiqamətləndirsə də, qapı tiri qola imkan vermədi. 
İkinci hissənin əvvəlləri nisbətən sönük keçdi. 62-ci dəqiqədə Yuri Syominin hücumçuları əvəzləməsi - Subotiçin yerinə Afolabini, Kamananın yerinə isə Mendini meydançaya buraxması matçın tempini artırdı. Hücumlarını ard-arda sıralayan "qırmızı-qaralar" nəhayət 72-ci dəqiqədə hesabı açdılar. Leonarda Da Silva gözəl zərbə ilə komandasını irəli çıxardı - 1:0. Bir neçə dəqiqə sonra Leonardo dublunu rəsmiləşdirə bilərdi. Di gəl ki, onun cərimə zərbəsindən qapıya göndərdiyi top tirə tuş gəldi. 
Beləliklə "Qəbələ" yubiley qarşılaşmasında qalib gəlməklə 3 sıradakı yerini möhkəmlətdi.



“Qəbələ”

27. David Pietrzkeviç
6. Volodimir Levin (k)
8. Nizami Hacıyev 
10. Luis Hilario 
11. Yannik Kamanan 
(9. Viktor Mendi, dəq.62)
14. Lorenzo Ebesilio 
18. İbrahima Niasse 
31. Daniel Subotiç
(19. Abdulvahid Afolabi, dəq.62)
36. Elnur Allahverdiyev
42. Leonardo da Silva 
(3. Nikola Valentiç, dəq.89)
88. Müşfiq Teymurov
 
Ehtiyat oyunçular:

25. Dieqo Kosta
4. Amid Quluzadə
5. Sadiq Quliyev
22. Assis Rodriqes
 
Baş məşqçi: Yuri Syomin

AZAL

1. Ruslan Məcidov
2. Juan Fransisko
4. Jose Junior Ailton
7. Cavid Tağıyev 
(22. Ruslan Tağızadə, dəq.74)
10. Con Oluremi
(21. Rey Məmmədbəyli, dəq.80)
15. Oskars Klava
17. Viktor İqbekoyi (k)
20. Branislav Arsenyeviç
23. Tural Nərimanov
30. Yuri Fomenko 
(8. Qərib İbrahimov, dəq.72)
31. Şəhriyar Rəhimov 

Ehtiyat oyunçular:

12. Cahangir Həsənzadə
6. Natiq Kərimi
25. Adil Nağıyev
28. Emin Cəfərquliyev 

Baş məşqçi: Vaqif Sadıqov