«Qəbələ» «Bakı»ya qarşı
Xəbərlər / 30 Mart 2012 | 15:40535
«Qəbələ» «Bakı»ya qarşı

“Qəbələ” həftəsonu keçiriləcək Premyer Liqanın XXVI turunda “Bakı”  klubu ilə görüşəcək. Aprelin 1-də baş tutacaq görüş rəqiblər arasında 21-ci matç olacaq. Əvvəlki 20 qarşılaşmanın balansı heç də Fatih Kavlakın yetirmələrinin xeyrinə deyil. Lakin qış fasiləsindən sonra bütün rəqibləri üçün kabusa çevrilən “Qəbələ” ötən tur qırdığı “İnter” sindromunun ardından “Bakı” ilə oyunlarda eyni uğura imza atmağa çalışacaq.

14 çempionat və 6 kubok oyunu arxada qoyan rəqiblərin duellərində 2 qələbəsi olan qəbələlilər sonuncu dəfə 2010-cü il mayın 1-də qalib gəlib. Sonrakı 701 gündə keçirilən 6 oyunda “Qəbələ”nin hesabında 2 heç-heçə və 4 məğlubiyyəti var. Ümumilikdə isə 13 dəfə qalib gələn “Bakı” ilə 5 dəfə heç-heçə edən ”Qəbələ” top fərqində də geridədir – 8:25. Hər iki qələbəsini öz meydanında əldə edən “Qəbələ” səfərdə qalib gəlməməklə yanaşı son 3 görüşdə məğlub olub.

Çempionatda 14 matçda bakılılar 10, Qəbələ təmsilçisi 2 dəfə sevinib və 2 sülhlə kifayətləniblər. Burdakı top fərqi “Bakı”nın xeyrinədir – 19:6. Kubokdakı 3 dueldə baş tutan 6 oyunda “Bakı” 3 qələbə qazanıb və 3 heç-heçə edib. Lakin qələbə qazanmasa belə “Qəbələ” 1 dəfə penaltilər seriyasında mərhələ keçməyi bacarıb. Top fərqində isə paytaxt təmsilçilərinin üstünlüyü hiss olunur – 6:2. 

2006/07 29.10.2006 Premyer Liqa Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 21.11.2006 Azərbaycan kuboku, 1/8 final Gilan (Qəbələ) - Bakı 0:2
2006/07 02.12.2006 Azərbaycan kuboku, 1/8 final Bakı - Gilan (Qəbələ) 1:0
2006/07 18.04.2007 Premyer Liqa Gilan (Qəbələ) - Bakı 0:1
2007/08 19.08.2007 Premyer Liqa Qəbələ - Bakı 2:0
2007/08 24.02.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2007/08 06.03.2008 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:1
2007/08 20.03.2008 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 1:1, p.4:3
2008/09 09.11.2008 Premyer Liqa Bakı - Qəbələ 3:0
2008/09 25.04.2009 Premyer Liqa Qəbələ - Bakı 0:1
2009/10 31.10.2009 Premyer Liqa Qəbələ - Bakı 0:2
2009/10 13.02.2010 Premyer Liqa Bakı - Qəbələ 2:0
2009/10 28.03.2010 Premyer Liqa Bakı - Qəbələ 1:1
2009/10 01.05.2010 Premyer Liqa Qəbələ - Bakı 1:0
2010/11 22.08.2010 Premyer Liqa Bakı - Qəbələ 2:1
2010/11 23.12.2010 Premyer Liqa Qəbələ - Bakı 0:1
2010/11 03.03.2011 Azərbaycan kuboku, 1/4 final Qəbələ - Bakı 0:0
2010/11 08.03.2011 Azərbaycan kuboku, 1/4 final Bakı - Qəbələ 1:0
2011/12 07.08.2011 Premyer Liqa Qəbələ - Bakı 0:0
2011/12 26.11.2011 Premyer Liqa Bakı - Qəbələ 2:1