“Qəbələ” beynəlxalq turnirə sülhlə start verdi
Xəbərlər / 19 Aprel 2012 | 21:09407
“Qəbələ” beynəlxalq turnirə sülhlə start verdi

III Beynəlxalq Kuşadası Turnirinə yollanan “Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyədə ilk oyunlarını keçirib. Turnirin açılış günündə yerli “Dardanelspor” qarşılaşan təmsilçimiz meydançanı 1:1-lik heç-heçə ilə tərk edib. “Qəbələ”nin heyətində Baxşəli Baxşəliyev fərqlənib. İkinci matçda “Galatasaray”la üz-üzə gələn komandamız minimal hesabla məğlub olub – 0:1.
 İkinci oyun günündə - aprelin 20-i  “Qəbələ” “Nyukasl” və “Göztəpə” ilə münasibətlərini aydınlaşdıracaq.