«Qəbələ» boksçularından 1 qızıl, 1 gümüş, 2 bürünc medal - Fotoreportaj
Boks / 1 Fevral 2014 | 16:51973
«Qəbələ» boksçularından 1 qızıl, 1 gümüş, 2 bürünc medal - Fotoreportaj

Qısa müddətdir fəaliyyət göstərən "Qəbələ" İdman Klubunun boks bölməsi respublika çempionatında uğurlu çıxışla yadda qalıb. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan "qırmızı-qaralar" komanda hesabında 11 kollektiv arasında 4-cü yeri tutub.
Komandamıza qızıl medalı 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Stomayor qazandırıb. 91 kq-da finala yüksələn Rahil Məmmədli çempionatı gümüş medalla yekunlaşdırıb. Asif Aslanlı (91 kq) və Elvin Qəmbərov (81 kq) isə bürünc medala sahib olub. Bundan əlavə Rüstəm Musayev (49 kq) və Ruhin Şabanov (75 kq) mükafatçılar sırasında yer almasalar da, döyüş qabiliyyətlərinə görə Azərbaycan yığma komandasının tərkibinə daxil ediliblər.