Qəbələ bolqarlara «dar» gəldi - Fotoreportaj
Xəbərlər / 10 İyul 2012 | 19:44302
Qəbələ bolqarlara «dar» gəldi - Fotoreportaj

Qəbələdə hazırlıqlarını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan və Bolqarıstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. "Natura" meydançasında baş tutan qarşılaşma Aysun Əliyevanın vurduğu qol sayəsində 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Xatırladaq ki, iyulun 12-də, saat 18:00-da, Qəbələdə bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.