“Qəbələ” çempionluğun bir addımlığında
Xəbərlər / 16 Yanvar 2012 | 20:00114
“Qəbələ” çempionluğun bir addımlığında

Latviyada - “Riga Open 2012” turnirində çıxışını uğurla davam etdirən “Qəbələ”nin U-13 komandası günə 2 qələbə ilə yekun vurub. İlk oyun günündə - yanvarın 16-da 1 qələbə və 1 heç-heçə ilə yadda qalan komandamız bu gün ilk matçda yerli “Super Nova” klubu ilə üz-üzə gəlib. “Qəbələ”nin üstünlüyü ilə keçən matçda Elvin İmanlı (2) və Fərid Nəbiyevin qolları təmsilçimizə 3:1 hesablı qələbə qazandırıb. Günün ikinci matçında isə “Qəbələ” rəqibi “Yelqava”nı darmadağın edib – 5:1. Qarşılaşmada 4 dəfə fərqlənən Elvin İmanlı turnirdəki qollarının sayını 6-a çatdırıb. Matçda Cavidan Qasımlı da qol hesabını açıb. Bu nəticələrdən sonra aktivindəki xalların sayını 10-a çatdıran “Qəbələ” vurduğu və buraxdığı qolların fərqinə görə (11-3) birinci pillədəki yerini qoruyub. İkinci yerdə isə “Dinamo Riga” qərarlaşıb. “Qəbələ” sabah Bakı vaxtı ilə saat 13:00-da turnirin son matçında “Riga FC” ilə üz-üzə gələcək. Komandamız qalib gələcəyi təqdirdə çempionluq kubokunu başı üzərinə qaldıracaq.