«Qəbələ» cüdoçuları ölkə birincisi oldu - Fotoreportaj
Cüdo / 7 Fevral 2014 | 16:00629
«Qəbələ» cüdoçuları ölkə birincisi oldu - Fotoreportaj

Paytaxtda 2000-2001-ci il təvəllüdlü cüdoçular arasında ölkə birinciliyi keçirilib. Oğlan və qız yeniyetmələrin iştirakı ilə baş tutan turnir "Qəbələ" cüdoçuları üçün yaddaqalan alınıb. 10 çəki dərəcəsində komandamız 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb və xal hesabilə yarışın qalibi olub. Aydın Feyzullayev (30 kq), Nihad Ələsgərli (42 kq), Asəf Zeynalov (38 kq) və Zeynəb Məmmədova (36 kq) turnirin qızıl medalına sahib çıxıblar. Əmrah Səlimli (38 kq) və Fazilə Aslanova (36 kq) gümüş medala yiyələniblər. Nazir Talıbov (34 kq), Vidadi İmanov (50 kq) və Aygün Hacıyeva (36 kq) bürünc qazanıblar. Xatırladaq ki, Fazilə Aslanova və Aygün Hacıyeva klubumuzun Qəbələ bölməsinin yetirmələridir.