«Qəbələ» cüdoçuları yenə ilk pillədə - Fotoreportaj
Cüdo / 20 Fevral 2014 | 14:39980
«Qəbələ» cüdoçuları yenə ilk pillədə - Fotoreportaj

Bir neçə gün öncə 2000-2001-ci il təvəllüdlü cüdoçuların ölkə birinciliyində komanda hesabında ilk yerə sahib olan "Qəbələ" İdman Klubunun cüdo bölməsi eyni uğuru gənclərin respublika çempionatında da təkrarlayıb. Qızlar və kişilər arasında keçirilən yarışda təmsilçilərimiz ümumilikdə 5 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar. 
Qızların yarışında Çinarə Quliyeva (44 kq) və Afət Mustafayeva (52 kq) qızıl medala yiyələnib. Günay Alməmmədova (78 kq) və Lalə Gülbalayeva (63 kq) turniri gümüş medalla yekunlaşdırıb. Nərmin Novruzova (44 kq), Təhminə Paşazadə (57 kq) və Leyla Şahin (63 kq) isə bürünc medalla kifayətlənib.
Kişilərin yarışında Cəlil Şükürov (100 kq), Rüfət İsmayılov (81 kq) və İsgəndər Talışinski (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehman Sadıqov (60 kq) və Vasif Şərbətli (90 kq) bürünc medala sahib olub.