«Qəbələ» cüdoçularından 6 medal
Cüdo / 22 May 2013 | 07:08472
«Qəbələ» cüdoçularından 6 medal

"Qəbələ" cüdoçuları növbəti uğura imza atıblar. Klubumuzu U-23 Bakı Birinciliyində təmsil edən idmançılarımız turnirə 6 medalla yekun vurublar. Vəzir Xəlilov (90 kq) və Ceyhun Babakişiyev (81 kq) qızıl medala, Samir İsmayılov (66 kq) gümüş medala, Hikmət Ağayev (73 kq), Soltan Ağayev (81 kq) və Salman Məmmədov bürünc medala sahib çıxıb. Bu nəticələrdən sonra "Qəbələ" İdman Klubu turniri komanda hesabında 22,5 xalla ikinci yerdə tamamlayıb. Nizami rayonu 28 xalla birinci, "Kanokan TT" klubu 19 xalla üçüncü yerdə qərarlaşıb.