«Qəbələ» cüdoçusundan növbəti medal
Cüdo / 22 İyul 2013 | 00:24864
«Qəbələ» cüdoçusundan növbəti medal

Azərbaycanı və "Qəbələ" İdman Klubunu Polşada keçirilən Gənclərin Avropa Kubokunda təmsil edən cüdoçumuz Cəlil Cəlilov ölkəmizə növbəti medalı qazandırıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinaladək inamla irəliləsə də finala vəsiqə qazana bilməyib və turniri bürünc medalla yekunlaşdırıb. Bu gün tatami üzərinə çıxan digər "Qəbələ" təmsilçisi Mehman Sadıqov isə yarışı medalsız bitirib. 
Xatırladaq ki, turnirdə "Qəbələ" 4 cüdoçu - Cəlil Cəlilov, Mehman Sadıqov, Mərdan Qədirli və Aişə Qurbanlı ilə təmsil olunmuşdu. Adışəkilən idmançılardan Aişə Qurbanlı qızıl, Cəlil Cəlilov isə bürünc medala sahib olub.