«Qəbələ» Daril Villardla yollarını ayırdı
Xəbərlər / 6 İyun 2012 | 08:11302
«Qəbələ» Daril Villardla yollarını ayırdı

“Qəbələ” Futbol Klubu əvəzedici heyətin baş məşqçisi Daril Villardla yollarını ayırıb. 2010-cu ildən “Qəbələ”də fəaliyyət göstərən ingiltərəli mütəxəssis 64 oyunda komandaya rəhbərlik etmişdi. Villard əvəzedici heyətlə 2010-2011 mövsümündə bürünc, 2011-2012 mövsümündə isə gümüş medallara sahib olmuşdu.
“Qəbələ” Futbol Klubu Daril Villarda komandaya qazandırdığı uğurlara görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.