«Qəbələ»də xorvatiyalı müdafiəçi
Xəbərlər / 8 Sentyabr 2020 | 21:17527
«Qəbələ»də xorvatiyalı müdafiəçi

Azərbaycan Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.  “Qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib. 24 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Koprivinitsa”da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.