2021/22 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Qapıçı Nicat Mehbalıyev növbəti mövsümdə “qırmızı-qaralar”ın formasını geyinəcək. “Sabah”ın qolkiperi 1 illik icarəyə götürülüb.
21 yaşlı futbolçu “Sabah”a qədər “Bakı”, “Qarabağ” və “Sumqayıt”ın yeniyetmə komandalarında da çıxış edib. O, Azərbaycanın U-21 yığmasının üzvüdür.
Xatırladaq ki, “Qəbələ” Nicata qədər Urfan Abbasov və Məqsəd İsayevi heyətinə qatıb.