«Qəbələ»də yeni təyinat
Xəbərlər / 6 Yanvar 2018 | 17:46121
«Qəbələ»də yeni təyinat

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib. Əvəzedicilərdən ibarət komandanın baş məşqçisi postuna Emin İmaməliyev təyin olunub. Bunadək klubumuzun U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.

Xatırladaq ki, 2014-cü ildən “Qəbələ” akademiyasında çalışan İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb.