«Qəbələ»dən 3-cü qələbə - Fotoreportaj
Oyun icmalı / 25 Yanvar 2015 | 14:241377
«Qəbələ»dən 3-cü qələbə - Fotoreportaj

“Qəbələ” – “Haladaş” (Macarıstan) – 2:0
Viktor Mendi 27, Emin Zamanov 75

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində 6-cı yoxlama oyununu keçirib. Komandamız Macarıstanın yüksək liqasında çıxış edən “Haladaş” klubu ilə qarşılaşıb. “Qəbələ” “Haladaş” önünə aşağıdakı heyətlə çıxıb:

1. Kamran Ağayev (22. Dmitri Bezotosnı)
15. Ruslan Abışov (87. Bəhlul Mustafazadə)
12. Aleksandru Benqa
16. Ruslan Tağızadə (13. Murad Musayev)
25. Adrian Ropotan
5. Sadiq Quliyev
17. Qismət Əliyev (23. Emin Zamanov)
32. Mixail Sivakov
90. Ekiqo Ehiosun
99. Tellur Mütəllimov
9. Viktor Mendi (27. Bəxtiyar Soltanov)
Ehtiyat oyunçular:
4. Elvin Camalov
8. Markinyoş

“Qəbələ”nin Macarıstan təmsilçisi ilə görüşü qarşılıqlı hücumlarla başlasa da, “qırmızı-qaralar” üstünlüyü ələ ala bilib. Bu ərazi üstünlüyü ilk hissənin ortalarında bəhrəsini verib. Belə ki, qarşılaşmanın 27-ci dəqiqəsində Viktor Mendi komandasının təşkil etdiyi hücumu dəqiq zərbə ilə tamamlayıb – 1:0. Bundan sonra “Haladaş” bərabərlik qolu üçün irəli atılsa da, komandamız üstünlüyü əldən verməyib. Roman Qriqorçukun əvəzetmələrindən sonra da, oyunun axarı dəyişməyib. Meydana nisbətən gənc oyunçular daxil olsa da, “Qəbələ”nin hücumlarının kəsəri azalmayıb. Bu da öz nəticəsini 75-ci dəqiqədə verib. 17 yaşlı Emin Zamanov komandamızın ikinci qolunu vurub – 2:0. Beləliklə, “Qəbələ” Antalya toplanışında 3-cü qələbəsini qazanıb.

Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3, Rusiya “Kuban”ına 0:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.