Topaz Premyer Liqasının XXIII turu “Qəbələ”də iki əlamətdar hadisə ilə diqqət çəkib. AZAL-la səfər qarşılaşması (1:1) “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı üçün yubiley oyunu olub. Ukraynalı qolkiper komandamızın heyətində 100-cü matçını keçirib. 2015-ci ilin yanvarından “Qəbələ”də çıxış edən Bezotosnı çempionatda 66, avrokuboklarda 26, ölkə kubokunda 8 matç keçirib. Bu müddətdə 76 qol buraxan legioner klub tarixində 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub. Onadək Dodo, Ürfan Abbasov, Viktor Mendi, Samir Zərgərov və Rafael Santos bunu bacarmışdı. Dmitri 100-cü matça çıxmaqla “Qəbələ”də ən çox matç keçirən qapıçı ünvanına da yiyələnib. AZAL-la görüşədək Bezotosnı Pavel Doroşevlə eyni sayda – 99 oyun keçirmişdi.
mövsüm | turnir | O | D | Q | SV | QV |
2014/15 | çempionat | 15 | 1304 | -7 | 0 | 1 |
2014/15 | kubok | 2 | 180 | -3 | 0 | 0 |
2015/16 | UEFA Avropa Liqası | 12 | 1080 | -11 | 1 | 0 |
2015/16 | çempionat | 28 | 2437 | -16 | 0 | 0 |
2015/16 | kubok | 4 | 390 | -4 | 0 | 0 |
2016/17 | Avropa Liqası | 14 | 1260 | -21 | 0 | 0 |
2016/17 | çempionat | 23 | 2070 | -13 | 0 | 0 |
2016/17 | kubok | 2 | 180 | -1 | 0 | 0 |
Cəmi | 100 | 8901 | -76 | 1 | 1 |
AZAL-la oyunda “Qəbələ”nin yeganə qoluna imza atan Tellur Mütəllimov da klubun tarixinə düşüb. Müdafiəçi komandanın Premyer Liqada 400-cü qoluna imza atıb. Bu matçadək “qırmızı-qaralar” ölkə çempionatının yüksək dəstəsində 399 dəfə fərqlənmişdi. 400-cü qol 331-ci matça təsadüf edib. Bu qollardan 212-si evdə, 188-i səfərdə vurulub.
“Qəbələ”nin bütün yubiley qolları
1-ci qol - 2006/07 mövsümü
Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1
100-cü qol - 2009/10 mövsümü
Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0
200-cü qol - 2012/13 mövsümü
Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1
300-cü qol – 2014/15 mövsümü
Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4
400-cü qol – 2016/17 mövsümü
Tellur Mütəllimov – 19.03.2017. AZAL – Qəbələ - 1:1