«Qəbələ»dən ardıcıl 2-ci qələbə - Video
Xəbərlər / 24 Sentyabr 2017 | 20:44594
«Qəbələ»dən ardıcıl 2-ci qələbə - Video

“Qəbələ” – “Neftçi” – 2:1

24 sentyabr 2017. Saat 18:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı  

Baş hakim: Fariz Yusifov

Baş hakimin köməkçiləri: Azər Əsgərov, Elman Musayev        

Dördüncü hakim: Ömər Paşayev  

AFFA nümayəndəsi:Nüvər Xasıyev   

Hakim-inspektor: Murad Məmmədov   

Sarı vərəqələr: Endi Hallidey, 58 (qeyri-idman hərəkəti); Cavid Hüseynov, 65 (qeyri-idman hərəkəti) // Rəşad Sadiqov, 52 (qeyri-idman hərəkəti); Anton Krivatsyuk, 63 (qeyri-idman hərəkəti); Ruslan AbışovŞ 81 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Stiven Monroz, (oyundan sonra komanda yoldaşını əl ilə vurduğuna görə)

Qollar: Stiven Monroz, 4; Baqali Dabo, 40 // Namiq Ələsgərov, 48 

Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq

 

Topaz Premyer Liqasında VI tura yekun vurulub. Turun bu gün keçirilən son matçı Qəbələdə baş tutub. “Qırmızı-qaralar” doğma divarlar arasında “Neftçi”ni qəbul edib. Baş məşqçi Roman Qriqorçuk ötən turun “Səbail”lə qarşılaşması ilə müqayisədə start heyətində üç dəyişiklik edib. Zədədən sönən Stiven Monroz, ötən tur qol və məhsuldar ötürmə ilə diqqət çəkən Asif Məmmədov, həmçinin Tellur Mütəllimov ilk dəqiqələrdən meydanda yer alıb. Elvin Məmmədov, Ruslan Qurbanov və Dion Malone start “11-lik”dən kənar düşüb.

Qarşılıqlı hücumlarla başlayan görüş erkən qolla əlamətdar olub. Mərkəz xəttin yaxınlığında topu rəqibdən oğurlayan Asifin ötürməsindən sonra cərimə meydanına daxil olan Cavid Hüseynov qapıçı meydanına yaxın nöqtədə olan Monrozu tapıb. Sonuncu qarşısıalınmaz zərbə ilə azarkeşləri sevindirib – 1:0. Bu onun “Qəbələ”də üçüncü, Premyer Liqada ikinci qolu olub. Buraxılan qoldan sonra irəli atılan “Neftçi” üstünlüyü ələ alıb. Kiril Petrov künc zərbəsindən sonra yaxın məsafədən qapını nişan alsa da, Dmirti Bezotosnı reaksiyası ilə topu kornerə çıxarıb. Hissənin ortalarınadək qonaqlar topa nəzarət etsə də, real qol vəziyyəti yarada bilməyib. Çərçivə istiqamətində zərbələr isə Bezotosnı üçün çətinlik yaratmayıb. Əvəzində “Qəbələ” ardıcıl əks-hücum imkanları ilə bir neçə dəfə fərqi artırmağa yaxın olub. Lakin Monroz və Baqali Dabo bu imkanları boşa verib. Hissənin ikinci yarısından  üstünlüyə yiyələnən “qırmızı-qaralar”ın hücumları daha kəsərli olub. Monroz və Ürfan hərəyə iki dəfə təhlükəli zərbə ilə diqqət mərkəzinə düşüb. Tellurun qapıya göndərdiyi top isə müdafiəçiyə toxunub tirə tuş gəlib. Bu ardıcıl hücumlar hissənin sonlarında bəhrəsini verib. Sol cinahdan ötürmədən sonra cərimə meydanındakı qarışıqlıqda Dabo daha sayıq davranaraq hesabda fərqi artırıb – 2:0. Bu, Baqalinin Premyer Liqada 10-cu, “qırmızı-qara” formada 14-cü qolu olub.

İkinci hissəyə daha fəal başlayan “Neftçi” hesabda fərqi azaltmağa müyəssər olub. Paytaxt təmsilçisinin heyətində Namiq Ələsgərov fərqlənib. Ardınca Dabonun zərbəsi və Hallideyin standart vəziyyətdən qapıya ünvanlandığı top diqqət çəkib. Lakin komandamız fərqi artıra bilməyib. Bakılıların tarazlıq yaratmaq cəhdlərinin qarşısını isə etibarlı müdafiə və Bezotosnı alıb. Dabonun güclü zərbəsi qolkiperdən döndükdə isə Baqalinin özü təkrar toxunuşla qapını nişan alıb. Qonaqları qapı dirəyi qoldan xilas edib. Paytaxt təmsilçisinin daha fəal olduğunu görən Qriqorçuk oyunda dönüş yaratmaq üçün Maloneni meydana buraxıb. Az sonra Cavidlə Monrozun paslaşması təhlükəli sonluqla nəticələnsə də, hesab dəyişməz qalıb. Qarşılaşmanın sonlarında Dabonu Qurbanov əvəzləyib. Lakin qarşılıqlı hücumlar növbəti qolun vurulması üçün yetərli olmayıb.

Beləliklə, ardıcıl ikinci qələbəsini qazanan “Qəbələ” xal hesabını 13-ə çatdırıb.

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

8. Qismət Alıyev

9. Baqali Dabo

(10. Ruslan Qurbanov, 84)

11. Asif Məmmədov

14. Cavid Hüseynov (k)

15. Vitali Vernidub

12. Endi Hallidey

(16. Dion Omar Malone, 62)

28. Stiven Monroz

34. Urfan Abbasov 

88. Tellur Mütəllimov

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

6. Elvin Məmmədov

7. Alen Akserov

17. Roman Hüseynov

45. Famussa Kone

70. Ülvi İsgəndərov

90. Ekiqo Ehiosun 

 

Baş məşqçi: Roman Qriqorçuk

 

“Neftçi”

94. Rəşad Əzizli

5. Anton Krivotsyuk

6. Rəşad Sadiqov

7. Namiq Ələsgərov

9. Uqo Barqas

(12. Daniel Seqovia, 81)

10. Derlis Meza Kolli

(97. Elnur Cəfərov, 74)

11. İqnasio Herrera

(8. Emin Mahmudov, 65)

15. Ruslan Abışov (k)

17. Rəhman Hacıyev

25. Kiril Petrov

27. Məqsəd İsayev

 

Ehtiyat oyunçular:

 

53. Maksim Vaylo

3. Mateo Mujek

16. Pavel Dreksa

19. Fəhmin Muradbəyli

23. Tərzin Cahangirov

21. Məhəmməd Mirzəbəyov

 

Baş məşqçi: Tərlan Əhmədov