«Qəbələ»dən ardıcıl 3-cü böyükhesablı qələbə - Video
Xəbərlər / 3 Dekabr 2017 | 18:41536
«Qəbələ»dən ardıcıl 3-cü böyükhesablı qələbə - Video

“Qəbələ” – “Keşlə” – 3:0

03 dekabr 2017.Saat 16:00.Qəbələ şəhər stadionu. 300 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Mübariz Haşımov, İsgəndər Əliyev

Dördüncü hakim: Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Fazil Mürşüdov

Sarı vərəqələr: Ekiqo Ehiosun, 88 (qeyri-idman hərəkəti) // Pərdis Fərcad-Azad, 30 (qeyri-idman hərəkəti)

Qollar: Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56

Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

 

Bu gün Topaz Premyer Liqasında XIV turun son oyunları keçirilir. “Qəbələ” öz meydanında “Keşlə” ilə qarşılaşıb. “Qırmızı-qaralar” 2017-ci ilin son çempionat matçına qələbə iddiası ilə çıxıb. Çünki bunadək ardıcıl 3 qələbə qazanan komandamız 2-ci pillədəki mövqeyini qorumaq üçün mütləq qalib gəlməli idi. “Qəbələ” Azərbaycan kubokunda keçirdiyi son oyunla müqayisədə meydana fərqli heyətlə çıxıb. Baş məşqçi Roman Qriqorçuk yenidən Dmitri Bezotosnı, Elvin Camalov, Qismət Alıyev, Baqali Dabo, Asif Məmmədov və Stiven Monroza start heyətində yer verib. Əvəzində Aqil Məmmədov, Endi Hallidey, İlqar Qurbanov, Filip Ozobiç, Hacıağa Hacıyev, Ekiqo Ehiosun “11-lik”dən kənarda qalıblar.

Görüş gözlənildiyi kimi “qırmızı-qaralar”ın hücumları ilə başlayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnən komandamız rəqib qapısına həmlələr təşkil edib. Qonaqlar isə daha çox əks-hücumlarda istəyinə çatmağa çalışıb. “Qəbələ” futbolçularının fəallığına baxmayaraq, rəqib qapısı önündə real təhlükə yalnız hissənin ortalarında yaranıb. Bunadək isə bakılılar Fərcad Pərdis-Azadla qola yaxın olub. Hücumçu qapıçı ilə təkbətək çıxmağa yaxın olsa da, şansı qaçırıb. 22-ci dəqiqədə cərimə meydanında topa yiyələnən Baqali Dabonun yaxın məsafədən zərbəsini “Keşlə”nin qapıçısı dəf edib. Amma Premyer Liqanın bombardiri 2 dəqiqə sonra hesabı açmağı bacarıb. Rəqibdən sıçrayan topu təxminən 12 metrdən qarşısıalınmaz zərbə ilə qapıya göndərən Dabo mövsümdə 9-cu qolunu vurub – 1:0. Bu, ardıcıl 4 qarşılaşmada fərqlənən hücumçunun “qırmızı-qara” formada 20-ci qolu olub. Buraxılan qoldan sonra fəallaşan paytaxt təmsilçisi də fərqlənmək imkanı qazanıb. Slavik Alxasovun yaxın məsafədən zərbəsini Dmitri Bezotosnı iki həmlədə tuta bilib. “Qəbələ” fasiləyədək daha bir dəfə rəqib qapısına yol tapmaq imkanı əldə edib. Dabonun güclü zərbəsini qolkiper dəf etsə də, özünü yetirən Ruslan Qurbanov iti bucaq altından qapını nişan alıb. Lakin hücumçumuz çərçivəyə düşə bilməyib.

Fasilədən sonra Filip Ozobiçin meydana girməsi ilə “Qəbələ”nin hücumları daha kəskin xarakter alıb. İkinci yarının əvvəli xorvatiyalının 2 qolu ilə diqqət çəkib. Öncə Asif Məmmədovdan ötürmə alan yarımmüdafiəçi cərimə meydanının xətti yaxınlığından “doqquzluğ”u dəqiq nişan alıb – 2:0. Az sonra təxminən 35 metrdən cərimə zərbəsini ustalıqla çərçivəyə göndərən Filip dublunu rəsmiləşdirib – 3:0. Bununla da kubok oyununda da het-trik müəllifi olan legioner 5 gündə vurduğu qolların sayını 5-ə çatdırıb. Ümumilikdə isə Filip “Qəbələ”dəki qol sayını 22-yə qədər artırıb. “Qırmızı-qaralar”ın fərqi daha da artırmaq imkanını isə Stiven Monroz qaçırıb. Ozobiçin ötürməsindən sonra cərimə meydanında irəliləyən yarımmüdafiəçi hücumu zərbə ilə tamamlaya bilməyib. Bundan sonra fəallaşan “Keşlə” ardıcıl qol imkanları əldə edib. Qısa zaman kəsiyində 3 dəfə Bezotosnı qapısını qoldan xilas edib. Samir Zərgərovun zərbəsindən sonra isə top qapı dirəyindən dönüb. Bundan sonra azarkeşlər qarşılıqlı hücumlar izləsə də, qapılar önündə növbəti gərginlik matçın sonlarında yaşanıb. Slavik Alxasovun qapıçı ilə təkbətək qaldığı epizodda Bezotosnı inamlı oynayıb. “Qırmızı-qaralar” ardıcıl bir neçə dəfə Monrozun cərimə meydanına daxil olması ilə qola yaxınlaşıb. Lakin yarımmüdafiəçi dəqiq zərbə endirməkdə çətinlik çəkib. Qonaqlar isə Adrian Skarlatake və Denis Silvanın baş zərbələri ilə böyükhesablı məğlubiyyətdən qaçmağa çalışsa da, hesab dəyişməz qalıb.

Beləliklə, “Qəbələ” ümumilikdə ardıcıl 3-cü, çempionatda 2-ci böyükhesablı qələbəsini qazanıb.

 

 

“Qəbələ” 

 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

4. Elvin Camalov

(90. Ekiqo Ehiosun, 63)

8. Qismət Alıyev

9. Baqali Dabo

10. Ruslan Qurbanov

(18. İlqar Qurbanov, 78)

11. Asif Məmmədov

14. Cavid Hüseynov (k)

28. Stiven Monroz

34. Urfan Abbasov 

45. Famussa Kone

(19. Filip Ozobiç, 46)

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

5. Rasim Ramaldanov

6. Elvin Məmmədov

12. Endi Hallidey

17. Roman Hüseynov

29. Hacıağa Hacıyev

70. Ülvi İsgəndərov

88. Tellur Mütəllimov

 

Baş məşqçi: Roman Qriqorçuk

 

“Keşlə”

 

1. Orxan Sadıqlı

2. Sertan Taşkın

(80. Rafael Məhərrəmli, 54)

3. Denis Silva (k)

4. Slavik Alxasov

6. Samir Zərgərov

9. Pərdis Fərcad-Azad

22. İlkin Qırtımov

24. Fuad Bayramov

(77. Oleq Hüseynov , 85)

27. Adrian Skarlatake

66. Murad Qayalı

88. Məmməd Quliyev

(46. Əsəd Məsimov, 54)

 

Ehtiyat oyunçular:

 

16. Şahin Zəkiyev

33. Tərlan Quliyev

39. Əlibəy Məmmədli

40. Asif Vəliyev

53. Emil Əliyev

56. Urfan İsmayılov

58. Sinan Akkoyun

81. Elvin Cəfərquliyev

99. Ricat Qarayev

 

Baş məşqçi: Ramiz Məmmədov