«Qəbələ»dən böyükhesablı qələbə
Xəbərlər / 10 Yanvar 2020 | 17:24465
«Qəbələ»dən böyükhesablı qələbə

MOİK – “Qəbələ” – 0:4

Ülvi İsgəndərov, 27. Fernan Lopes, 65. Klesio Bauk, 86. Rövlan Muradov, 88.

Mövsümün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” 2020-ci ildəki ilk matçında MOİK-lə üz-üzə gəlib. Birinci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub. Elmar Baxşıyev start heyətində aşağıdakı “11-liy”ə şans verib: Tərlan Əhmədli, Murad Musayev, İvitsa Juniç, Yusif Nəbiyev, Amin Seydiyev, İdris İnqilablı, Asif Məmmədov, Ehtiram Şahverdiyev, Roman Hüseynov, Ülvi İsgəndərov, Kristian Kouakou.

Görüşün ilk yarısı “qırmızı-qaralar”ın üstünlüyü ilə keçib. Qol imkanları yaratmasına baxmayaraq futbolçularımız yalnız hissənin ortalarında hesabı açıblar. Ülvi İsgəndərov paytaxt təmsilçisinin qapısına yol tapıb.

Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklər edilib. “Qəbələ” ikinci hissəyə aşağıdakı heyətlə başlayıb: Tərlan Əhmədli, Rüstəm Nuruyev, Rövlan Muradov, Klesio Bauk, Merab Qiqauri, Fernan Lopez, Samir Məhərrəmli, Yaovi Akakpo, Sadiq Quliyev, Vüsal Məsimov, Qismət Alıyev.

İkinci hissəyə də fəal başlayan “qırmızı-qaralar” Fernan Lopezi qolu ilə fərqi artırıb. Hissənin gedişində qapıçı Muşfiq Nadirov Əhmədlini əvəzləyib. Komandamız matçın sonunadək bakılıların qapısına daha iki qol vurub. Klesio Bauk və Rövlan Muradov fərqlənib. Beləliklə, “Qəbələ” yoxlama oyununda 4:0 hesablı qələbə qazanıb.