«Qəbələ»dən böyükhesablı qələbə - Video
Oyun icmalı / 25 Noyabr 2017 | 17:08136
«Qəbələ»dən böyükhesablı qələbə - Video

“Kəpəz” – “Qəbələ” – 1:6

25 noyabr 2017. Saat 14:30. Gəncə şəhər stadionu, 8500 tamaşaçı  

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Qənbərov         

Dördüncü hakim: Ziya Nəsirov   

AFFA nümayəndəsi: Vaqif Davudov   

Hakim-inspektor: Rövşən Əhmədov   

Sarı vərəqələr: İlkin Sadıqov, 27 (hakim qərarına etiraz); Novruz Məmmədov, 35 (qeyri-idman hərəkəti) // Famussa Kone, 31 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 58 (qeyri-idman hərəkəti)

Qollar: Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14;  Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 1 dəq.

 

Bu gün Topaz Premyer Liqasında XIII tura start verilib. Turun ilk qarşılaşması Gəncədə keçirilib. “Qəbələ” səfər matçında “Kəpəz”lə qarşılaşıb. “Qırmızı-qaralar” ötən turun “Neftçi” ilə görüşü ilə müqayisədə matça 3 dəyişikliklə başlayıb. Baş məşqçi Roman Qriqorçuk Ruslan Qurbanov, Vitali Vernidub və Stiven Monroza ilk dəqiqələrdən şans verib. Əvəzində Elvin Məmmədov, Deyv Bultuis və Dion Malone “11-lik”dən kənar qalıb.

Qarşılaşma erkən qolla başlayıb. “Qəbələ” ilk hücumda meydan sahiblərini məyus edib. Famussa Konenin ötürməsindən sonra qapıçı meydanı önündə qolkiperlə üz-üzə qalan Baqali Dabo 26-cı saniyədə hesabı açıb – 1:0. Bu, mövsümün ən erkən qolu olub. Ardıcıl 3-cü turda da fərqlənməklə mövsümün rekorduna imza atan hücumçu bombardirlər cədvəlində də üstünlüyünü artırıb. Onun hesabında 7 top var. 

Hesab açıldıqdan sonra oyuna nəzarət edən “qırmızı-qaralar” tezliklə fərqi də artırıb. Qapıçının topu əlindən buraxmasından yararlanan Stiven Monroz qarşılaşmada 2-ci qolu vurub. “Qəbələ”nin tam üstünlüyü ilə keçən ilk yarının sonlarında meydan sahibləri də fəallaşıb. İlkin Sadıqov əlverişli imkan əldə etsə də, yaxın məsafədən dəqiq zərbə vura bilməyib. Əvəzində “qırmızı-qaralar” daha bir qol vurmağa müvəffəq olub. Meydanın “Qəbələ”yə aid hissəsində topu ələ keçirən Kone irəliləyərək, 2-3 rəqibi arxada qoyub və üz-üzə qaldığı qolkiperə də şans verməyib – 3:0.

Gəncə şəhər stadionuna toplaşan azarkeşlər ikinci hissədə açıq futbol izləyiblər. Qarşılıqlı hücumlar şəraitində keçən 45 dəqiqə məhsuldarlığı ilə də diqqət çəkib. Öncə rəqib müdafiəçilərin kobud səhvindən yararlanan Dabo dublunu rəsmiləşdirib. Meydan sahibləri buraxılan 4-cü topdan sonra fəallaşaraq penalti qazanıb. Kərim Diniyev Dmitri Bezotosnı ilə dueldən qalib ayrılıb. Qoldan sonra “Kəpəz” daha bir əlverişli imkan əldə edib. Lakin Bezotosnı Məhəmməd Qurbanovun fərqlənməsinə imkan verməyib. “Qırmızı-qaralar” isə 5-ci qolu da vurmağı bacarıb. Asif Məmmədovla divar ötürməsindən sonra Ruslan Qurbanov ardıcıl 2-ci oyunda qol sevinci yaşayıb – 5:1. Qriqorçuk uzun müddət zədə üzündən meydandan kənar qalan İlqar Qurbanovla Filip Ozobiçə də şans verib. Sonuncu IV, İlqar isə II turdan sonra ilk dəfə meydana çıxıb. “Qəbələ”nin 5-ci qolundan sonra oyuna nəzarət yenidən bütünlüklə komandamızın tərəfinə keçib. Qarşılaşmanın sonlarında Asif daha bir qol ötürməsi var. Bu dəfə Məmmədov Konenin dubl etməsində pay sahibi olub – 6:1.

Beləliklə, mövsümün ən böyükhesablı qələbəsini qazanan “Qəbələ” Gəncədən 3 xalla dönüb.

 

“Kəpəz”

1.Davud Kərimi

4. Şəhriyar Əliyev (k)

21. Novruz Məmmədov

15. Azad Kərimov

18. Tural Cəlilov

5. Kərim Diniyev

12. İlyas Səfərzadə

10. Tural Rzayev

16. Azər Məmmədov

(11. Kamran Abdullazadə, 20)

24. Məhəmməd Qurbanov

(20. Samba Dialo, 73)

9. İlkin Sadıqov

 

Ehtiyat oyunçular:

 

22. Ruzi Qiyaslı

7. Sergey Çernişev

6. Ceyhun Cavadov

19. Aydın Qasımov

26. Ba Mansur Aladji

17. Əli Səmədov

2. Yusif Cəfərov

 

Baş məşqçi: Yunis Hüseynov

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

4. Elvin Camalov

(18. İlqar Qurbanov, 46)

8. Qismət Alıyev

(17. Roman Hüseynov, 70)

9. Baqali Dabo

10. Ruslan Qurbanov

11. Asif Məmmədov

15. Vitali Vernidub

28. Stiven Monroz

(19. Filip Ozobiç, 61)

34. Urfan Abbasov (k)

45. Famussa Kone

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

6. Elvin Məmmədov

12. Endi Hallidey

29. Hacıağa Hacıyev

70. Ülvi İsgəndərov

88. Tellur Mütəllimov

90. Ekiqo Ehiosun

 

Baş məşqçi: Roman Qriqorçuk