«Qəbələ»dən əzmkar qələbə
Xəbərlər / 14 Sentyabr 2017 | 22:33398
«Qəbələ»dən əzmkar qələbə

Topaz Premyer Liqasının V turunun “Səbail”lə oyununa hazırlaşan “Qəbələ” bu gün yoxlama matçı keçirib. Hazırlığını Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” paytaxtda MOİK-lə görüşüb. Komandamız qarşılaşmaya aşağıdakı “11-lik”lə başlayıb: Dmitri Bezotosnı, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Tellur Mütəllimov, Dion Malone, Qismət Alıyev, Cavid Hüseynov, Baqali Dabo, Ruslan Qurbanov, Famoussa Kone.
Roman Qriqorçukun yetirmələri ikinci hissəyə digər “11-lik”lə çıxıb: Aqil Məmmədov, Rasim Ramaldanov, Elvin Camalov, Abbas Ağazadə, Alen Askerov, Hacıağa Hacılı, Elvin Məmmədov, Roman Hüseynov, Endi Hallidey, Asif Məmmədov, Ülvi İsgəndərov (Rövlan Muradov).
Qarşılaşmadakı bütün qollar da ikinci hissəyə təsadüf edib. Belə ki, komandaların səylərinə baxmayaraq ilk yarı qolsuz başa çatıb. Fasilədən az sonra paytaxt futbolçuları hesabı açmağa müvəffəq olub. Az keçməmiş “Qəbələ” hesabda tarazlıq yaradıb. 50-ci dəqiqədə Endi Hallidey fərqlənib. Bu qoldan 9 dəqiqə sonra Roman Hüseynov I divizion təmsilçisinin qapısına yol tapıb. Az sonra Roman dublunu rəsmiləşdirib – 3:1. Beləliklə, “qırmızı-qaralar” 2:1 hesablı əzmkar qələbə qazanıb.