«Qəbələ»dən əzmkar qələbə
Xəbərlər / 19 Noyabr 2017 | 19:38496
«Qəbələ»dən əzmkar qələbə

“Neftçi” – “Qəbələ” – 2:3

19 noyabr 2017. Saat 17:00. “Bakcell Arena”, 2500 tamaşaçı  

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli         

Dördüncü hakim: Orxan Məmmədov   

AFFA nümayəndəsi: Sakin Məmmədzadə   

Hakim-inspektor: Əli Hüseynov   

Sarı vərəqələr: Anton Krivotsyuk, 55 (qeyri-idman hərəkəti) // Elvin Camalov, 61 (qeyri-idman hərəkəti)

Qollar: Emin Mahmudov, 19; Kiril Petrov, 48 // Baqali Dabo, 22; Ruslan Qurbanov, 56 (p.); Stiven Monroz, 80

Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.

 

Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulub. Turun son görüşü “Bakcell Arena”da keçirilib. “Qəbələ” səfərdə “Neftçi”nin qonağı olub. “Qırmızı-qaralar” səfər matçına heyətdəki bəzi dəyişikliklərlə çıxıb. Ötən turun “Səbail”lə görüşündə “11-lik”də yer alan oyunçulardan Rasim Ramaldanov, Stiven Monroz, Tellur Mütəllimov və Ekiqo Ehiosun bu dəfə start heyətindən kənarda qalıblar. Əvəzində Roman Qriqorçuk Elvin Məmmədov, Asif Məmmədov, Deyv Bultuis və Dion Maloneyə şans verib. 

Matç qarşılıqlı hücumlarla başlayıb. İlk dəqiqələrdə “Qəbələ” üstünlüyü ələ almağa çalışsa da, meydan sahibləri topa nəzarəti rəqibə verməyib. Hər iki komandanın hücumları şəraitində davam edən ilk yarıda paytaxt təmsilçisi hesabı açmağa daha çox imkan qazanıb. Dmitri Bezotosnının qapısı önündə real qol vəziyyətləri yaranmasa da, müdafiəçilər bir neçə dəfə rəqibin əlverişli mövqeyə çıxmasına əngəl olublar. Hesab isə 19-cu dəqiqədə açılıb. Künc zərbəsindən sonra Emin Mahmudov “Neftçi”ni hesabda önə çıxarıb. Bu, komandalar arasındakı duellərdə 100-cü qol olub. Buraxılan topdan sonra əvəzetməni zəruri hesab edən Qriqorçuk Ruslan Qurbanovu meydana buraxıb. Məhz onun qazandığı künc zərbəsi qolla nəticələnib. Qismət Alıyevin qapı önünə qaldırdığı topu Baqali Dabo başla qola çevirib. Bununla da Dabo Premyer Liqada qol sayını 6-ya çatdırıb və bombardirlər cədvəlində vahid liderliyə yüksəlib. O, “Qəbələ”də 17-ci qoluna imza atıb. Hesabda tarazlıq yaranandan sonra komandaların səylərinə baxmayaraq, fasiləyədək komandalardan heç biri üstünlük qazana bilməyib.

“Qəbələ” ikinci hissəyə oyunçu dəyişikliyi ilə başlayıb. İlk yarının sonlarında zədələnən Malone yerini komanda yoldaşına verib. Qarşılaşmanın ikinci yarısı kəskin hücumlarla diqqət çəkib. Fasilədən az sonra meydan sahiblərinin fəqlənməsinə qapı tiri mane olub. Ancaq bakılılar tezliklə istəyinə də çatıb. Növbəti künc zərbəsindən sonra Kiril Petrov baş zərbəsi ilə fərqlənib. “Neftçi”nin üstünlüyü ilk yarıda olduğu kimi yenə çox çəkməyib. Ardıcıl hücumlar təşkil edən “Qəbələ” penalti imkanı qazanıb. Cərimə meydanına daxil olan Famussa Koneyə qarşı kobudluğa görə təyin olunan zərbəni Ruslan Qurbanov dəqiq yerinə yetirib. “Qırmızı-qaralar”ın heyətinə 8-ci qolunu vuran hücumçu 3-cü dəfə 11 metrlik nöqtədən fərqlənib. Bu nəticə komandalardan heç birini qane etmədiyindən azarkeşlər rəqiblərin ifasında ardıcıl təhlükəli hücumlar izləyib. Dabonun qapı dirəyindən dönən zərbəsi, Stiven Monrozun cərimə meydanı daxilindən yaxın küncə göndərdiyi topun qapıçı tərəfindən dəf olunduğu epizodlar yaddaqalan olub. “Neftçi” isə Emin Mahmudov və Rəhman Hacıyevin zərbələri ilə Bezotosnını narahat edib. Lakin ukraynalı qapıçı səhvsiz oynayıb. Paytaxt təmsilçisinin hücumlarından birində topu ələ keçirən komandamız sürətli əks həmlə təşkil edib. Asif Məmmədovun ötürməsindən sonra cərimə meydanınadək irəliləyən Monroz “Qəbələ”ni hesabda önə çıxarıb - 3:2. Bu, legionerin “qırmızı-qara” formada 4-cü qolu olub. Görüşün sonunadək hər iki qapı önündə daha bir neçə qol vəziyyəti yaransa da, arxa xətt oyunçuları hesabın dəyişməsinə imkan verməyib.

Beləliklə, “Qəbələ” səfər oyununda 3 xalı əzmkar qələbə ilə qazanıb – 3:2.

 

“Neftçi”

94. Rəşad Əzizli

21. Məhəmməd Mirzəbəyov

25. Kiril Petrov

5. Anton Krivotsyuk

15. Ruslan Abışov (k)

6. Rəşad Sadiqov

10. Derlis Meza Kolli

17. Rəhman Hacıyev

8. Emin Mahmudov

9. Uqo Barqas

(22. Mirabdulla Abbasov, 66)

11. İqnasio Herrera

(7. Namiq Ələsgərov, 74)

 

Ehtiyat oyunçular:

 

53. Maksim Vaylo

27. Məqsəd İsayev

23. Tərzin Cahangirov

26. Ömər Buludov

16. Pavel Dreksa

3. Mateo Mujek

12. Daniel Seqovia

 

Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

4. Elvin Camalov

6. Elvin Məmmədov

(10. Ruslan Qurbanov, 21)

8. Qismət Alıyev

9. Baqali Dabo

11. Asif Məmmədov

21. Deyv Bultuis

16. Dion Omar Malone

(28. Stiven Monroz, 46)

34. Urfan Abbasov (k)

45. Famussa Kone

(90. Ekiqo Ehiosun, 87)

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

15. Vitali Vernidub

17. Roman Hüseynov

18. İlqar Qurbanov

19. Filip Ozobiç

29. Hacıağa Hacıyev

70. Ülvi İsgəndərov

88. Tellur Mütəllimov

 

Baş məşqçi: Roman Qriqorçuk