«Qəbələ»dən əzmkar qələbə - Video
Xəbərlər / 17 Fevral 2018 | 17:55366
«Qəbələ»dən əzmkar qələbə - Video

“Qəbələ” – “Zirə” – 2:1

17 fevral 2018. Saat 15:00. Qəbələ şəhər stadionu, 1400 tamaşaçı  

Baş hakim: Rauf Cabbarov

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Knyaz Əmiraslanov         

Dördüncü hakim: Orxan Məmmədov  

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov  

Hakim-inspektor: Məhəmməd Məmmədov 

Sarı vərəqələr: Ruslan Qurbanov, 43 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 46 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) // Aleksandr Dedov, 32 (qeyri-idman hərəkəti); Yani Urdinov, 43 (qeyri-idman hərəkəti); İlkin Muradov, 51 (qeyri-idman hərəkəti); Milan Duriç, 65 (hakim qərarına etiraz); Vüqar Mustafayev, 66 (sistematik qayda pozuntusu)

Qollar: Stiven Monroz, 56; Baqali Dabo, 64 // Aleksandr Dedov, 39 

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

 

Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Günün ilk oyunu Qəbələdə baş tutub. Turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşan “Qəbələ” və “Zirə” turun mərkəzi oyununda üz-üzə gəlib. “Qırmızı-qaralar” 2018-ci ilin ilk ev qarşılaşmasına ötən turla müqayisədə iki dəyişikliklə başlayıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi Dion Maloneyə ilk dəqiqələrdən şans verib. Əvəzində Voislav Stankoviçlə Asif Məmmədov “11-lik”dən kənarda qalıb.

Matça fəal başlayan “Qəbələ” ilk dəqiqələrdə bir neçə təhlükəli vəziyyət yaratmağa müvəffəq olub. Öncə cərimə meydanına daxil olan Filip Ozobiçin zərbə endirməsinə müdafiəçilər imkan verməyib. Ardınca isə Baqali Dabo və Təmkinin sol cinahdan qapıçı meydanına ötürmələrini qapayan olmayıb. Ümumiyyətlə matçın əvvəlində cinahda fəal təsir bağışlayan Xəlilzadə bir neçə dəfə qapı önünə ötürmələr etsə də, futbolçularımız hücumu tamamlamağı bacarmayıblar. “Qırmızı-qaralar”ın start təzyiqinin ardından oyun qarşılıqlı həmlələrlə keçib. Meydan sahiblərinin kiçik ərazi üstünlüyünə baxmayaraq, qapılar önündə real qol vəziyyəti yaranmayıb. Düzdür, Stiven Monroz və Qismət Alıyevin cərimə meydanının xətti yaxınlığından zərbələri təhlükəli alınıb. Hər iki epizodda “Zirə”nin qapıçısı inamlı çıxış edib. Bakılılar daha çox sürətli hücumlara ümid edib. Aleksandr Dedov və Riçard Qadzenin ön xətdəki fəallığı da fasiləyədək bəhrəsini verib. Öncə Dedovun cərimə zərbəsindən sonra Vüqar Mustafayevin baş zərbəsi zamanı top dirəyin yanından ötüb. Az sonra moldovalının özü uzaq küncə dəqiq zərbə endirib. Buraxılan qoldan sonra hücumlarını artıran komandamız hesabda tarazlıq yarada bilməyib.

Fasilədən sonra oyunda dönüş yaratmağa çalışan Qriqorçuk Famussa Kone və Asif Məmmədovu meydana buraxıb. İkinci hissə də qarşılıqlı hücumlarla diqqət çəkib. Daha fəal olan “Qəbələ” artıq 55-ci dəqiqədə qola yaxın olub. Qismətin hava ötürməsindən sonra Filipin başla tirin altına göndərdiyi topu qolkiper küncə çıxarıb. Komandamız növbəti hücumda tarazlıq yarada bilib. Asifin başladığı hücumu davam etdirən Kone cərimə meydanına daxil olub və qapıya paralel ötürmə verib. Rəqib müdafiəçini qabaqlayan Monroz dəqiq zərbə ilə bərabərlik qoluna imza atıb. Bu, legionerin “Qəbələ”də 7-ci, Premyer Liqada 5-ci qolu olub. Az keçməmiş çempionatın ən yaxşı bombardiri Baqali Dabo da fərqlənib. Rəqib müdafiəçinin səhvindən istifadə edən hücumçu qapıçı ilə üz-üzə qaldığı epizoddan yararlanıb – 2:1. Bu, hücumçumuzun mövsümdə 10-cu qol olub. Qoldan sonra da matçın ssenarisi dəyişməyib. Qarşılıqlı hücumlarla davam edən görüşdə Dabo dublunu da rəsmiləşdirməyə yaxın olub. Bir neçə dəfə əlverişli imkan əldə edən hücumçu fərqi artıra bilməyib. Qonaqlar Milan Duriçin təhlükəli zərbələri ilə Dmitri Bezotosnını narahat etsə də, hesab dəyişməyib.

Beləliklə, 2:1 hesabı ilə qalib gələn “Qəbələ” ardıcıl 6-cı ev oyununda qələbə qazanıb. Bunlardan dördü Premyer Liqa, ikisi Azərbaycan kuboku çərçivəsində baş tutub.

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

8. Qismət Alıyev

15. Vitali Vernidub

34. Urfan Abbasov 

33. Təmkin Xəlilzadə

(45. Famussa Kone, 46)

10. Ruslan Qurbanov

28. Stiven Monroz

19. Filip Ozobiç

16. Omar Malone

(11. Asif Məmmədov, 46)

14. Cavid Hüseynov (k)

9. Baqali Dabo

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

6. Elvin Məmmədov

29. Hacıağa Hacıyev

32. Amin Seydiyev

74. Yusif Nəbiyev

 

Baş məşqçi: Roman Qriqorçuk

 

Zirə”

85. Kamal Bayramov (k)

4. Vüqar Mustafayev

5. Adil Nağıyev

9. Aleksandr Dedov

(7. Sadio Tounkara, 72)

14. Tellur Mütəllimov

17.Vüsal İsgəndərli

(77. Mirsahib Abbasov, 46)

18. Yani Urdinov

23. Yovan Krneta

38. İlkin Muradov

29. Evans Uilyams

(8. Milan Duriç, 67)

43. Riçard Qadze 

 

Ehtiyat oyunçular:

 

62. Abdulla Seyidəhmədov

10. Orxan Əliyev

11. Viktor İqbekoyi

13. Aleksandr Şemonayev

16. İbrahim Aslanlı

39. Sadiq Quliyev

57. Kənan Zülfüqarov

88. Elşən Abdullayev

 

Baş məşqçi:  Ayxan Abbasov