«Qəbələ»dən əzmkar qələbə - Mendinin benefisi
Oyun icmalı / 2 Avqust 2013 | 16:09756
«Qəbələ»dən əzmkar qələbə - Mendinin benefisi

"Bakı" - "Qəbələ" 1:2

02 avqust 2013. Saat 18:30. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Elman Musayev
Dördüncü hakim: Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev 
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Aqil Nəbiyev, 20 // Leonardo da Silva, 70 
Qollar: Mindauqas Kalonas, 12 // Viktor Mendi, 62; 82
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

Topaz Premyer Liqasının 2013-2014 mövsümü "Bakı" - "Qəbələ" matçı ilə start götürdü. Hər iki komanda yeni baş məşqçilər, yeni futbolçular və iddalarla gündəmə gəldiyindən start maraqla gözlənirdi.
Oyun tərəflərin ehtiyatlı və kəşfiyyat xarakterli hücumları ilə başladı. Biri-birindən ehtiyatlanan rəqiblərdən "Bakı" 10-cu dəqiqədən sonra nisbətən ön xəttdə təzyiqini artırdı və çox keçmədi ki, hesab açıldı. 12-ci dəqiqədə "Bakı"da ilk mövsümünü keçirən Mindauqas Kalonas qonaqların qapısına yol tapdı. Bu dəqiqələrdə paytaxta təmsilçisinin heyətində ön xəttdə Marius Pena da aktivliyi ilə seçilirdi. "Qəbələ"nin ilk təhlükəli hücümu isə 18-ci dəqiqəyə təsadüf etdi. Dodonun sağ cinahdan ötürməsini Niasse başla Kamanana istiqamətləndirsə də, sonuncu qeyri-dəqiqliklə yadda qaldı.
İliknci hissə isə ilk dəqiqədən sona qədər "Qəbələ"nin üstünlüyü ilə keçdi. Xüsusilə 55-ci dəqiqədə Dodonun Mendi ilə əvəzlənməsindən sonra "qırmızı-qaralar" ön xəttdə fəallığı artırdılar. Bunun məntiqi nəticəsi kimi Yuri Syominin yetirmələri 62-ci dəqiqədə hesabı bərabərləşdirdilər. Sol cinahda aktivliyi ilə fərqlənən Leonardo Da Silvanın ötürməsindən sonra oyuna yenicə daxil olmuş Viktor Mendi başla qapıya yol tapdı - 1:1. Hesabı bərabərləşdirdikdən sonra da üstünlüyünü davam etdirən "Qəbələ" qələbə qolunu vurmağı da bacardı. 82-ci dəqiqədə sol cinahdan Leonardo Da Silvanın dəqiq ötürməsindən sonra matçın qəhrəmanı - Viktor Mendi yenə başla "Bakı"nın qapıçısı Aqil Məmmədovu təslim etməyi bacardı. Qarşılaşmanın qalan dəqiqələrində meydan sahibləri ön xəttdə fəallığı artırsalar da, kəsərsiz hücumlarla yadda qaldılar. 
Beləliklə, "Qəbələ" mövsümün açılış oyununda "Bakı"nı məğlub etməyi bacardı və ilk oyunda ilk 3 xalı aktivinə yazdı. 
"Bakı"

1. Aqil Məmmədov
2. Deividas Çesnauskis
3. Yure Travner
24. Georgios Pelagias
5. Aqil Nəbiyev (k)
6. Vadim Abdullayev
(17. Risto Ristoviç, dəq.85)
8. Cavid Hüseynov
(22. Namiq Ələsgərov, dəq.70)
23. Lukas Mario Horvat
10. Aleksandar Soliç
(21. Elvin Məmmədov, dəq.82)
19. Marius Pena
20. Mindauqas Kalonas

Ehtiyat oyunçular:

29. Kamran Ağayev
26. Əziz Quliyev
31. Vüqar Mustafayev
7. Əfran İsmayılov

Baş məşqçi: Milinko Pantiç

“Qəbələ”

27. David Pietrzkeviç
2. Rail Məlikov
4. Amit Quluzadə
6. Volodimir Levin (k)
10. Luis Paulo Hilario
(9. Viktor Mendi, dəq.55)
11. Yannik Kamanan 
(19. Abdulvahid Afolabi, dəq.46)
14. Lorenzo Ebesilio
15. Umar Kalabane
18. İbrahima Niasse
34. Ürfan Abbasov 
42. Leonardo da Silva
(84. Dejan Kelhar, dəq.88)

Ehtiyat oyunçular:

25. Dieqo Kosta
5. Sadiq Quliyev
8. Nizami Hacıyev
21. Elmar Baxşıyev

Baş məşqçi: Yuri Syomin