«Qəbələ»dən finala doğru inamlı addım - Nizaminin benefisi
Oyun icmalı / 16 Aprel 2014 | 13:40971
«Qəbələ»dən finala doğru inamlı addım - Nizaminin benefisi

Azərbaycan kuboku, yarımfinalın ilk oyunu
 
"Qəbələ" - "Xəzər Lənkəran"  3:0 

16 aprel 2014. Saat 16:00. Qəbələ şəhər stadionu. 2000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Ömər Paşayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Davronjon Erqaşev, 37 (qeyri-idman hərəkəti); ürfan Abbasov, 74 (qeyri-idman hərəkəti); Marat İzmaylov, 86 (hakimin qərarına etiraz) // Rasim Ramaldanov, 45 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 53 (qeyri-idman hərəkəti) 
Qollar: Nizami Hacıyev, 53; 72; Viktor Mendi, 59 
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qəbələ"-"Xəzər Lənkəran" cütünün taleyini həll edəcək görüşlərin ilki "qırmızı-qaralar"ın meydançasında baş tutdu. Hər iki komanda üçün bu qarşılaşmanın önəmi böyük idi. Qış fasiləsindən sonra “uğursuzluq zolağı”na düşən meydan sahibləri kubokun yarımfinalının ilk matçında doğma meydanda layiqli oyun sərgiləyib, cütün taleyini bu görüşdə həll etmək istəyirdisə, qonaqlar ən azı səfərdən sərfəli nəticə ilə geri dönməyi planlaşdırırdı. “Qırmızı-qaralar" qarşılaşmaya ciddi itkilərlə çıxmışdı.  Syomin Elnur Allahverdiyev, Dodo, Lorenso Ebesilyo və Nikola Valentiçin xidmətindən məhrum idi. 

Oyun gözlənildiyindən sürətli başladı. Hər iki komanda ilk dəqiqələrdən heç nədən  çəkinməyərək irəli atılmaqla xoşbəxtliyi rəqib qapısı önündə axatarmağa başladı. 8-ci dəqiqədə yerli azarkeşlər Subotiçin cərimə zərbəsindən sonra ayağa qalxdı. Serb forvard bir qədər dəqiq oynasaydı komandasını hesabda önə keçirə bilərdi. “Qəbələ"nin ilk təhlükəli hücumundan sonra qonaqlar müdafiəyə daha çox diqqət ayırmağa başladı. Bununda nəticəsində oyunun sürəti bir qədər aşağı düşdü. 15-ci dəqiqədə meydan sahibləri növbəti qol şansını əldən verdi. Bu dəfə Subotiçdən ideal ara ötürməsi alan Nizami qapıçı ilə üzbəüz qalsa da şansını boşa verdi. İlk hissənin son 15 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçsə də tablodakı hesab dəyişmədi.

Fasilədən sonra meydan sahiblərində sanki, ikinci nəfəs açıldı. “Qırmızı-qaralar” bütün komponentlərdə cənublulardan üstün oldular. Rəqibi öz qapısına sıxan Syominin yetirmələrinin gec-tez hesabı açacağı məlum idi. 50-ci dəqiqədə görüşün ən yaxşılarından olan Hacıyev cərimə meydançasının daxilində Subtiçdən əla ötürmə alsa da yaxın məsafədən “çərçivə”yə düşə bilmədi. Onun ilk zərbəsi müdafiəçilərdən geri dönsə də, ikinci vuruşundan sonra “mərmi” hədəfdən çox aralı keçdi. Ancaq buna baxmayaraq yarımmüdafiəçi qol istəyinə çatdı. Lənkəranlıların mərkəzdə buraxdığı kobud səhvdən sonra Nizami ikili mümarizədə Vandersondan aralanıb yaxın küncü nişan aldı. Qoldan 5 dəqiqə sonra meydan sahibləri ikinci dəfə qonaqları meydanın mərkəzinə dəvət etdi. Bu dəfə Mendi fərqləndi. Rəqibi əks-hücumda yaxalayan "Qəbələ" fürsətdən bacarıqla yararlandı. Qoldan sonra da “qırmızı-qaralar” hücumları səngitmədilər. Vurulan qollardan ruhlanan meydan sahibləri səfər oyunöncəsi top fərqini artırmaq üçün Dənizlinin yetirmələrini təzyiq altında saxlayırdı. Belə hücumların birində Hacıyev komandasının 3-cü, özününsə ikinci qoluna imza atdı. Bu dəfə də “ağ-yaşılalr” əks-hücumun qurbanı oldu. Meydanın mərkəzində topu ələ keçirən yarımmüdafiəçi sürəti hesabına Vandersonu geridə qoyub, cərimə meydançasının daxilindən topu doqquzluğa göndərdi. Qalan dəqiqələrdə “gəmiçilər”in məşqçilər korpusu hücumameyilli futbolçuları meydana buraxsa da, müdafiədə etibarlı oynayan “Qəbələ” hesab arasında fərqin azalmasına imkan vermədi. Rəhim Həsənovun final fiti isə iki pərdəli tamaşanın ilk hissəsində meydan sahiblərinin qələbəsini rəsmiləşdirdi.

“Qəbələ”

1. Kamran Ağayev (k)
6. Volodimir Levin
7. Marat İzmaylov
8. Nizami Hacıyev 
9. Viktor Mendi
(22. Lourival Assis, 85)
16. Ruslan Tağızadə 
18. İbrahima Niasse
31. Daniel Subotiç
34. Ürfan Abbasov
44. Rafael Santos
46. Davronjon Erqaşev

Ehtiyat oyunçular:

27. David Pietrzkeviç
2. Rail Məlikov 
4. Amid Quluzadə
19. Abdulvahid Afolabi
42. Leonardo da Silva
45. Murad Musayev

Baş məşqçi: Yuri Syomin
 
 “Xəzər Lənkəran”

1. Orxan Sadıqlı
3. Vanderson Skarduelli 
5. Tyeqo de Xesus
6. Rasim Ramaldanov
8. Dejan Blajevski
(7. Sadio Tounkara, 60)
11. Zohair Banouahi
(12. Junior Nildo, 59)
14. Rahid Əmirquliyev 
18. Tural Cəlilov
20. Etame Mbilla 
23. Nikola Qliqorov
(30. Elias Ribeiro, 75)
27. Adrian Skarlatake

Ehtiyat oyunçular:

19. Vyekoslav Tomiç
2. Slavik Alxasov
4. Alvaro Silva 
10. Elnur Abdullayev

Baş məşqçi: Mustafa Denizli