«Qəbələ»dən iki qol – Fotoreportaj
Xəbərlər / 5 Avqust 2019 | 20:46662
«Qəbələ»dən iki qol – Fotoreportaj

“Qəbələ” – “Əl Samiyə” (Küveyt) – 2:0

(Asif Məmmədov, 70, Fernan Lopez, 87)

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. Məşqlərini Bakıda gerçəkləşdirən “qırmızı-qaralar” paytaxtın qonağı olan Küveytin “Əl Samiyə” klubu ilə qarşılaşıb. Görüş Bakı Olimpiya Stadionunda baş tutub. Sənan Qurbanov bu matçda komandanın zədəliləri istisna olmaqla bütün üzvlərinə şans verib. Güclü külək şəraitində keçən qarşılaşmanın ilk yarısında qol qeydə alınmayıb. Fasilədən sonra rəqib qapısına təzyiqi artıran komandamız asiyalıların müqavimətini qıra bilib. Öncə Asif Məmmədov, ardınca isə Fernan Lopez qonaqları məyus edib – 2:0.