«Qəbələ»dən ikinci qələbə
Xəbərlər / 30 İyul 2021 | 20:31338
«Qəbələ»dən ikinci qələbə

"Qəbələ" - "Zirə" - 2:1

(Yaovi Akakpo, 10, Kamal Mirzəyev, 87 // Velvis Santos, 59)

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Zirə” ilə üz-üzə gəlib. Elmar Baxşıyev qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib: Nicat Mehbalıyev, Urfan Abbasov, Murad Musayev, Məqsəd İsayev, Ehtiram Şahverdiyev, Kamal Mirzəyev, Asif Məmmədov, Emil Səfərov, Yaovi Akakpo, Rövlan Muradov, Ülvi İsgəndərov. 

Qarşılaşmaya daha fəal başlayan “Qəbələ” erkən qola sevinib. 10-cu dəqiqədə Yaovi Akakpo fərqlənib. Fasiləyədək hər iki komanda hücumlar təşkil etsə də, hesab dəyişməz qalıb. İkinci hissədə rəqiblərin heyətində dəyişikliklər edilib. “Qəbələ”də Rauf Rüstəmli, Hüseyn Mürsəlov, Nemət Şıxəmirov, Kristof Atanqana meydana daxil olub. 59-cu dəqiqədə “Zirə” hesaba tarazlıq gətirən qola imza atıb. Bakılıların qolunun müəllifi Velvis Santos olub. Lakin “qırmızı-qaralar”ın hücumları bəhrəsini verib. 87-ci dəqiqədə fərqlənən Kamal Mirzəyev “Qəbələ”yə 2:1 hesablı qələbə qazandırıb.

Xatırladaq ki, “qırmızı-qaralar” bunadək Bakı toplanışında iki oyun keçirib. Komandamız öncə “Zirə” (0:3), ardınca “Səbail”lə (3:2) görüşüb.