«Qəbələ»dən ikinci qələbə - Video
Xəbərlər / 20 Avqust 2017 | 22:29470
«Qəbələ»dən ikinci qələbə - Video

“Qəbələ” – “Sumqayıt” – 1:0

20 avqust 2017. Saat 20:00. Qəbələ şəhər stadionu, 2500 tamaşaçı  

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Rza Məmmədov, Akif Əmirəli        

Dördüncü hakim: Ömər Paşayev  

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev   

Hakim-inspektor: Şahin Cəfərov   

Sarı vərəqələr: Elvin Məmmədov, 57 (qeyri-idman hərəkəti) // Azər Salahlı, 2  (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 77 (hakim qərarına etiraz)

Qol: Tellur Mütəllimov, 40

Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə -3 dəq.

 

Bu gün Topaz Premyer Liqasında II tura yekun vurulub. Turun son qarşılaşması Qəbələdə baş tutub. İlk turda “İnter” üzərində səfər qələbəsi qazanan “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib. “Qırmızı-qaralar” ötən matçla müqayisədə görüşə üç dəyişikliklə başlayıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk ilk ev oyununun start heyətində Baqali Dabo, Ruslan Qurbanov və Ürfan Abbasova şans verib. Əvəzində Asif Məmmədov, Cavid Hüseynov və Deyv Bultuis “11-lik”dən kənar qalıb.

Mövsümə qələbə ilə başlayan rəqiblərin matçı meydan sahiblərinin hücumları ilə başlayıb. Üstünlüyü ələ alan “Qəbələ” rəqib qapısına ardıcıl həmlələr təşkil edib. İlk dəqiqələrdə Stiven Jozef-Monrozun zərbəsi yaddaqalan olub. Amma matçın startı xoşagəlməz hadisə ilə diqqət çəkib. Zədələnən İlqar Qurbanov matçı davam etdirə bilmədiyi üçün əvəzlənib. Amma müdafiəyə çəkilmək istəməyən qonaqların ardıcıl 2 qüvvətli zərbəsi təhlükəli alınıb. Hər iki epizodda Dmitri Bezotosnı zərbəni dəf edib. Qolkiper az sonra rəqiblə üz-üzə dueldən də qalib ayrılıb. Qarşılıqlı hücumlarla keçən dəqiqələrdə “qırmızı-qaralar” cüzi ərazi üstünlüyünə malik olsa da, real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Futbolçularımız ya çərçivəni dəqiq nişan almayıb, ya da zərbələr güclü olmayıb. Daha fəal olan sol cinahdan bir neçə ötürməni da qapayan tapılmayıb. 40-cl dəqiqədə məhz bu cinahdan Ürfanın hava ötürməsi qolla nəticələnib. Uzaq dirəyin önündə rəqibini üstələyən Tellur Mütəllimov hesabı açıb – 1:0.

İkinci hissə də qarşılıqlı hücumlarla başlayıb. Lakin komandalar qapılar önündə real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. 60-cı dəqiqədə sağdan sürətli irəliləyib, cərimə meydanına daxil olan Tellurun zərbəsindən sonra top uzaq dirəyin yanından ötüb. Bir neçə dəqiqə sonra Mütəllimov qapıçının çərçivəni tərk etdiyini görərək, uzaqdan qapını nişan alıb. Lakin top dirəkdən az aralı keçib. Ümumiyyətlə də ikinci yarıda “Qəbələ” topa daha çox nəzarət edib. Amma nə komandamız, nə də qonaqlar qapı istiqamətində dəqiq zərbə endirib. Hər iki komanda çərçivəyə düşməkdə çətinliklə üzləşib. Matçın gedişində oyuna daxil olan Asif Məmmədov “Qəbələ”də 50-ci çempionat görüşünü keçirib.

Beləliklə, “Qəbələ” 1:0 hesabı ilə qalib gələrək, mövsümdə ikinci qələbəsini qazanıb. Həlledici qolun müəllifi olan Tellur isə “qırmızı-qara” formada 5-ci dəfə fərqlənib.

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

6. Elvin Məmmədov

(4. Elvin Camalov, 88)

8. Qismət Alıyev

9. Baqali Dabo

10. Ruslan Qurbanov

(11. Asif Məmmədov, 75)

15. Vitali Vernidub

18. İlqar Qurbanov

(88. Tellur Mütəllimov, 12)

19. Filip Ozobiç

28. Stiven Jozef-Monroz

34. Ürfan Abbasov (k)

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

5. Rasim Ramaldanov

12. Endi Hallidey

16. Dion Omar Malone

17. Roman Hüseynov

21. Deyv Bultuis

89. Abbas Ağazadə

70. Ülvi İsgəndərov 

 

Baş məşqçi: Roman Qriqorçuk

 

“Sumqayıt”

1. Fərhad Vəliyev

2. Rail Məlikov (k)

6. Kamal Mirzəyev

(17. Fərid Kərimzadə, 90)

7. Cavid Tağıyev

(11. Ehtiram Şahverdiyev, 67)

9. Amil Yunanov

10. Cavid İmamverdiyev

14. Bəxtiyar Həsənalızadə

18. Tural Axundov

19. Azər Salahlı

32. Rəşad Eyubov

97. Xəyal Nəcəfov

 

Ehtiyat oyunçular:

 

23. Mehdi Cənnətov

3. Vurğun Hüseynov

5. Vüqar Bəybalayev

13. Bəhlul Mustafazadə

39. Tural Bayramlı

 

Baş məşqçi:  Samir Abasov