«Qəbələ»dən ölkə birinciliyində uğurlu çıxış - Fotolar
Boks / 8 Aprel 2013 | 15:40968
«Qəbələ»dən ölkə birinciliyində uğurlu çıxış - Fotolar

"Qəbələ" İdman Klubunu Gənclərin Azərbaycan Birinciliyində təmsil edən boksçularımız yeni uğurlara imza atıblar. Turnirdə 5 boksçu ilə təmsil olunan komandamız birinciliyi 4 medalla tamamlayıb. 69 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Musayev çıxdığı 5 döyüşü qələbə ilə bitirərək qızıl medala sahib olub. O finalda "Rabitə" İdman Klubunun təmsilçisi İqor Mirzoyevi məğlub edib. Rahil Məmmədli (81 kq) və Nicat Muradzadə (91 kq) finala qədər uğurla irəliləsələr də, həlledici görüşdə qələbə qazana bilməyiblər və turniri gümüş medalla yekunlaşdırıblar. 75 kq çəki dərəcəsində mübarizə aparan Kamil Əhmədov birinciliyin bürünc medalını boynundan asıb.