«Qəbələ»dən qollu heç-heçə
Xəbərlər / 14 Yanvar 2021 | 16:56333
«Qəbələ»dən qollu heç-heçə

“Sumqayıt” – “Qəbələ” – 1:1

Murad Xaçayev, 24 – Nikolas Raysel, 42

Mövsümün ikinci hissəsinə hazırlıqları davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” “Sumqayıt”la görüşüb. Baş məşqçi Elmar Baxşıyev Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunan matçda aşağıdakı “11-liy”ə şans verib: Tərlan Əhmədli, Cavid Hüseynov, Murad Musayev, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Roman Hüseynov, İdris İnqilablı, Nikolas Raysel, Stefan Vukçeviç, Vinko Medimoreç, Yaovi Akakpo.

Qarşılaşmada vurulan hər iki qol matçın ilk yarısına təsadüf edib. Hissənin ortalarında meydan sahibləri hesabda önə keçib. Murad Xaçayev “Sumqayıt”ın qolunun müəllifi olub. Fasilə ərəfəsində “qırmızı-qaralar” bərabərlik qoluna imza atıb. Nikolas Raysel fərqlənib.

Elmar Baxşıyev ikinci hissədə fərqli “11-liy”ə şans verib. Yalnız qapıçı Tərlan Əhmədli hər iki hissədə meydanda olub: Tərlan Əhmədli, Faiq Hacıyev, Sadiq Quliyev, Rüfət Əhmədov, Asif Məmmədov, Yurgen Qoxa, Rafael Utziq, Ehtiram Şahverdiyev, Rövlan Muradov, Merab Qiqauri, Ceyms Adeniyi. Fasilədən sonra da oyunda qarşılıqlı hücumlar müşahidə olunub. Hər iki komanda rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmağı bacarıb. Lakin son zərbələri dəqiq alınmayan rəqiblər hesabı dəyişə bilməyib – 1:1.

Xatırladaq ki, Qəbələ toplanışını bir gün öncə başa vuran “qırmızı-qaralar” sabahdan hazırlıqlarını Bakıda davam etdirəcək.