«Qəbələ»dən qollu heç-heçə - Fotoreportaj
Xəbərlər / 12 Noyabr 2017 | 18:58655
«Qəbələ»dən qollu heç-heçə - Fotoreportaj

“Qəbələ” – “Səbail” – 1:1

(Kevin Penan, 45 // Adrian Popoviçi, 70)

Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. Dünən “Zirə” ilə görüşən “qırmızı-qaralar” bu gün “Səbail”lə üz-üzə gəlib. Qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutub. “Qəbələ” qarşılaşmaya aşağıdakı “11-lik”lə başlayıb: Aqil Məmmədov, Deyv Bultuis, Elvin Camalov, İlqar Qurbanov, Elvin Məmmədov, Hacıaga Hacılı, Dion Malone, Cavid Hüseynov, Kevin Penan, Ekiqo Ehiosun, Roman Hüseynov.

Qarşılıqlı hücumlarla keçən oyunun hər hissəsində bir qol qeydə alınıb. İlk yarını daha fəal keçirən “qırmızı-qaralar” fasilə öncəsi istəyinə çatıb. Baxışda olan Kevin Penan hissənin son dəqiqəsində rəqib qapısına yol tapıb – 1:0. İkinci hissədə Kevin yerini komandamızın sınadığı digər oyunçu Abdul Karimə verib. Ümumiyyətlə isə baş məşqçi Roman Qriqorçuk fasilədə və oyunun gedişində dəyişikliklərlə gənc futbolçulara da şans verib. Murad Popov Aqili, Abbas Ağazadə Elvin Camalovu, Faiq Hacıyev İlqarı, Amin Seydiyev Elvin Məmmədovu, Baxşəli Baxşəliyev Hacıağanı, Xəyal Əmirli Dionu, Rövlan Muradov Cavidi, Ülvi İbazadə Ekiqonu, Ülvi İsgəndərov Romanı əvəz edib. İkinci hissədə qol sevinci yaşayan “Səbail” olub. Matçın 70-ci dəqiqəsində paytaxt təmsilçisi Adrian Popoviçinin qolu ilə hesabda tarazlıq yaradıb – 1:1. Bu top görüşdə sonuncu olub və komandalar meydanı qollu bərabərliklə tərk ediblər.