«Qəbələ»dən qollu heç-heçə - Video
Xəbərlər / 9 Sentyabr 2017 | 23:09625
«Qəbələ»dən qollu heç-heçə - Video

“Qəbələ” – “Zirə” – 1:1
9 sentyabr 2017. Saat 20:30. Qəbələ şəhər stadionu, 1200 tamaşaçı 
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüqar Bayramov        
Dördüncü hakim: Rauf Cabbarov 
AFFA nümayəndəsi: Rauf Əmirov  
Hakim-inspektor: Vüsal Əliyev   
Sarı vərəqələr: Voislav Stankoviç, 37 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 83 (qeyri-idman hərəkəti); Vitali Vernidub, 90+1 (qeyri-idman hərəkəti) // Qabriel Matey, 58 (qeyri-idman hərəkəti); Viktor İqbekoyi, 90+1 (qeyri-idman hərəkəti)
Qollar: Cavid Hüseynov, 90+1 (p.) // Viktor İqbekoyi, 74
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 5 dəq.

Bu gün Topaz Premyer Liqasında IV tura start verilib. İlk oyun gününün ikinci qarşılaşması Qəbələdə baş tutub. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk görüşündə “Qəbələ” çempionatın lideri “Zirə”ni qəbul edib. “Qırmızı-qaraıar” ötən turla müqayisədə bu matça bir dəyişikliklə başlayıb. Yenidən heyətə dönən Cavid Hüseynov “11-lik”də Ruslan Qurbanovu əvəzləyib.
Matçın ilk hissəsi qarşılıqlı hücumlarla başlayıb. “Qəbələ” üstünlüyü ələ almağa çalışsa da, qonaqların sıx müdafiə xəttini yarmaqda çətinliklə üzləşib. Cinahlardan yararlanan “Zirə” isə komandamızın qapıçısı Dmitri Bezotosnını bir neçə dəfə narahat edib. Ukraynalı qolkiper bu vəziyyətlərdə inamlı təsir bağışlayıb. “Qəbələ” ilk yarıda ən təhlükəli epizodu fasilə öncəsi yaradıb. Sol cinahdan Dion Malonenin penalti nöqtəsi yaxınlığına göndərdiyi ötürməni Cavid Hüseynov tamamlayıb. Lakin kapitanın təxminən 13 metrdən endirdiyi zərbə istədiyi kimi alınmayıb və qeyri-dəqiq olub. Qonaqların cavabı da diqqət çəkib. Riçard Qadzenin 21 metrdən qapıya göndərdiyi topu Bezotosnı küncə çıxarmağı bacarıb. Qol vəziyyətləri ilə zəngin olmayan birinci hissə qolsuz başa çatıb.
Fasilədən sonra Elvin Məmmədovu meydana buraxan Roman Qriqorçuk oyunda dönüş yaratmağa çalışıb. Amma ikinci hissə komandamız üçün uğursuz başlayıb. Qısa müddətdə iki aparıcı oyunçu – Filip Ozobiç və Stiven Jozef-Monroz zədələnib. Hər iki futbolçu məcburiyyətdən əvəzlənib. Buna baxmayaraq, “Qəbələ” təşəbbüsü ələ alıb və ardıcıl hücumlar təşkil edib. Lakin real qol vəziyyəti yarada bilməyən “qırmızı-qaralar” topu öz qapısında görüb. Qonaqların heyətində Viktor İqbekoyi fərqlənib. Buraxılan qoldan sonra rəqib qapısına təzyiq artırılıb. Lakin Famoussanın yaxın məsafədən zərbəsi istisna olmaqla qol imkanı yaranmayıb. Uzatma dəqiqələrində isə hücumlar bəhrəsini verib. Zirənin eyniadlı təmsilçisi futbolçusunun cərimə meydanında əllə oynamasına görə penalti ilə cəzalanıb. Cavid Hüseynov bu imkanı qaçırmayıb – 1:1. Bu qoldan sonra da irəli atılan “qırmızı-qaralar” qələbə topunu rəqib qapısından keçirə bilməyib.
Beləliklə, “Zirə” ilə qollu heç-heçə edən “Qəbələ” xal hesabını 7-yə çatdırıb.

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
4. Elvin Camalov
(6. Elvin Məmmədov, 46)
14. Cavid Hüseynov (k)
15. Vitali Vernidub
16. Dion Omar Malone
17. Roman Hüseynov
19. Filip Ozobiç
(9. Baqali Dabo, 53)
28. Stiven Jozef-Monroz
(45. Famussa Kone, 58)
34. Urfan Abbasov
88. Tellur Mütəllimov

Ehtiyat oyunçular:

23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
12. Endi Hallidey
21. Deyv Bultuis
70. Ülvi İsgəndərov

Baş məşqçi: Roman Qriqorçuk

“Zirə”
1. Anar Nəzirov (k)
3. Jozef Bum
4. Vüqar Mustafayev
8. Milan Duriç
9. David Manqa
(11. Viktor İqbekoyi, 66)
14. Qabriel Matey
23. Yovan Krneta
28. Təmkin Xəlilzadə
39. Sadiq Quliyev
43. Riçard Qadze
(17.Vüsal İsgəndərli, 85)
87. Müşfiq İlyasov
(38. İlkin Muradov, 81)

Ehtiyat oyunçular:

85. Kamal Bayramov
5. Adil Nağıyev
7. Sadio Tounkara
10. Orxan Əliyev
13. Aleksandr Şemonayev
19. Elgün Nəbiyev
20. Camal Camalov
99. Nicat Qurbanov

Baş məşqçi:  Ayxan Abbasov