«Qəbələ»dən qolsuz sülh - Video
Xəbərlər / 10 Fevral 2018 | 21:33531
«Qəbələ»dən qolsuz sülh - Video

“Qarabağ” – “Qəbələ” – 0:0

10 fevral 2018. Saat 19:00. “Azersun Arena”, 1500 tamaşaçı  

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov         

Dördüncü hakim: Rəvan Həmzəzadə   

AFFA nümayəndəsi: Erkin Hüseynov  

Hakim-inspektor: Məlik Həsənov 

Sarı vərəqələr: Coşqun Diniyev, 71 (hakim qərarına etiraz); Yakub Jezniçak, 72 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 78 (qeyri-idman hərəkəti) // Qismət Alıyev, 17 (qeyri-idman hərəkəti); Voislav Stankoviç, 73 (qeyri-idman hərəkəti) 

Qollar: yoxdur

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

 

Bu gün Topaz Premyer Liqasında 2017-2018-ci illər mövsümünün ikinci yarısına start verilib. XV turun ilk günü çempionatın liderləri “Qarabağ”la “Qəbələ” arasında mərkəzi oyunla baş tutub. Ötən çempionatın mükafatçıları Bakıdakı “Azərsun Arena”da üz-üzə gəliblər. Roman Qriroqçukun yetirmələri liderlə duelə 6 xallıq fərqi azaltmaq iddiası ilə çıxıblar.

Baş hakim İnqilab Məmmədovun start fiti ilə başlayan görüşün startı qarşılıqlı hücumlarla yadda qalıb. Lakin meydan sahibləri tədricən üstünlüyə yiyələnməyi bacarıb. Çempionatın ən yaxşı bombardiri Baqali Dabonun zədə səbəbindən erkən əvəzlənməsi də matçın axarına təsir edib. Hissənin ortalarında hücumlarının sayını artıran Ağdam təmsilçisi “Qəbələ”nin qapısı istiqamətinə bir neçə təhlükəli zərbə endirib. Komandamızın təcrübəli qapıçısı Dmitri Bezotosnının inamlı çıxışı hesabın açılmasına imkan verməyib. “Qırmızı-qaralar”in heyətində sağ cinahda fəal olan Ruslan Qurbanov ilk yarıda daha çox diqqət cəlb edib. Onun qapı xətti yaxınlığından arxaya – cərimə meydanı önünə iki ötürməsi yaddaqalan olub. Birincidə Filip Ozobiçə ötürmə dəqiq olmayıbsa, ikincidə Cavid Hüseynovun zərbəsi istənilən kimi alınmayıb. Hissənin sonlarında Bezotosnı bir neçə dəfə də oyuna daxil olub. Dani Kintananın son dəqiqələrdəki zərbəsindən sonra isə top qapı tirinə tuş gəlib. 

İkinci yarıya daha fəal başlayan “Qəbələ” ardıcıl bir neçə təhlükəli hücum təşkil edib. Ruslanın sağ cinahdan qapıçı meydanının uzaq küncünə yaxın nöqtədə olan Ozobiçə ötürməsi yaddaqalan olub. Lakin xorvatiyalı qapıya paralel zərbə endirib ki, bu zaman da topa toxunan olmayıb. Hissənin gedişində topa daha çox nəzarət edən meydan sahiblərinin də bir neçə hücumu diqqət çəkib. Lakin hər iki komandanın hücumçuları hesabı açmağa müyəssər olmayıb. Qriqorçuk komandamızın yeni transferi Təmkin Xəlilzadəyə də “qırmızı-qara” formada debüt şansı verib. Qarşılaşmanın son dəqiqələrində hər iki komanda fərqlənməyə yaxın olub. Müdafiəçilər, ardınca rəqib qapıçıdan sıyrılan Stiven Monroz iti bucaq altında zərbə endirmək məcburiyyətində qaldığından hesabı aça bilməyib. Dani Kintanın təxminən 21 metrdən vurduğu zərbəni isə Bezotosnı zərərsizləşdirib.

Beləliklə, mövsümün ikinci yarısındakı ilk görüşündə qolsuz bərabərliyə imza atan “Qəbələ” 2018-ci ilə sülhlə başlayıb.

 

“Qarabağ”

13. İbrahim Şehiç 

5. Maksim Medvedev 

7. Rahid Əmirquliyev

(25. Ansi Aqolli, 83)

10. Pedro Enrike

11. Mahir Mədətov

20. Riçard Almeyda

52. Yakub Jezniçak

77. Donald Qerye

91. Coşqun Diniyev

(2. Qara Qarayev, 74)

14. Rəşad Sadıqov (k)

99. Dani Kintana

 

Ehtiyat oyunçular:

 

1. Anton Kanibolotski

89. Nicat Mehbalıyev

21. Arif Daşdəmirov

30. Abbas Hüseynov

32. Elvin Yunuszadə

44. Ağabala Ramazanov

90. Ramil Şeydayev

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

8. Qismət Alıyev

9. Baqali Dabo

(45. Famussa Kone, 13)

10. Ruslan Qurbanov

11. Asif Məmmədov

14. Cavid Hüseynov (k)

(33. Təmkin Xəlilzadə, 75)

15. Vitali Vernidub

19. Filip Ozobiç

28. Stiven Monroz

34. Urfan Abbasov 

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

6. Elvin Məmmədov

16. Omar Malone

18. İlqar Qurbanov

29. Hacıağa Hacıyev

32. Amin Seydiyev

 

Baş məşqçi: Roman Qriqorçuk