«Qəbələ»dən rekord hesablı qələbə - Video
Xəbərlər / 29 Noyabr 2017 | 16:54610
«Qəbələ»dən rekord hesablı qələbə - Video

“Qəbələ” – “Mil-Muğan” - 8:0
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
29 noyabr 2017. Saat 14:00. Qəbələ şəhər stadionu. 400 tamaşaçı
Baş hakim: Ziya Nəsirov
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Elman Kərimov
Dördüncü hakim: Kərim Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmadağa Cabbarov
Sarı vərəqələr:Hacıağa Hacıyev, 64 (qeyri-idman hərəkəti) // Çərkəz Həsənov, 29 (qeyri-idman hərəkəti); Anar Babazadə, 45 (düşünmədən rəqibin ayağına zərbə); Samir Babayev, 55 (hakimin qərarına etiraz); 83 (qeyri-idman hərəkəti); 3. Vasif Mehrəliyev, 75 (qeyri-idman hərəkəti); Elnur Məmmədov, 77 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Samir Babayev, 83
Qollar: Cavid Hüseynov,  29 (p); Ruslan Qurbanov,  40; Filip Ozobiç, 45+1, 59, 86; Ülvi İsgəndərov, 53; Ekiqo Ehiosun, 74; Hacıağa Hacıyev, 84;   
Artırılan vaxt: I hissədə -   1 dəq; II hissədə -  yoxdur.

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. “Qəbələ” öz meydanında “Mil-Muğan”la qarşılaşıb. “Qırmızı-qaralar” I divizionda çıxış edən İmişli təmsilçisi ilə görüşə fərqli heyətlə çıxıb. Belə ki, Topaz Premyer Liqasının XIII turunun “Kəpəz”lə görüşündə start heyətində yer alan Dmitri Bezotosnı, Elvin Camalov, Qismət Alıyev, Baqali Dabo, Asif Məmmədov, Vitali Vernidub, Stiven Monroz bu dəfə “11-lik”dən kənar qalıb. Baş məşqçi Roman Qriqorçuk onların əvəzində Aqil Məmmədov, Endi Hallidey, Cavid Hüseynov, İlqar Qurbanov, Filip Ozobiç, Hacıağa Hacıyev, Ekiqo Ehiosuna şans verib.
Qarşılaşma “Qəbələ”nin aşkar üstünlüyü şəraitində keçib. Lakin komandamız görüşün əvvəlində qonaqların müqavimətini qırmaqda çətinlik çəkib. Oyunda hesab 30-cu dəqiqədə açılıb. Cavid Hüseynov penaltidən fərqlənib. İlk yarının sonunadək “qırmızı-qaralar” daha iki dəfə fərqlənib. Öncə Ruslan Qurbanov, ardınca Filip Ozobiç rəqib qapısına yol tapıb.
İkinci hissədə də matçın ssenarisi dəyişməyib. Rəqib qapısına ardıcıl hücumlar təşkil edən “Qəbələ” Ülvi İsgəndərovun qolu ilə fərqi 4-ə çatdırıb. Çox keçmədən Filip Ozobiç dublunu rəsmiləşdirib. Bu topdan sonra da hücumlarını davam etdirən komandamız daha 3 qol vurub. Öncə Ekiqo Ehiosun qayıdışından sonra ilk dəfə rəqib qapısına yol tapıb. Hacıağa Hacıyev əsas komandada qol hesabını açdıqdan sonra səhnəyə yenidən Ozobiç çıxıb. Xorvatiyalı “Qəbələ”dəki ilk het-trikini gerçəkləşdirib.
Beləliklə, “qırmızı-qaralar” tarixinin ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. 2005-ci ildə I dəstədə “Şərur”u, 2016-cı ildə Premyer Liqada “Neftçi”ni 8:0 hesabı ilə məğlub edən “Qəbələ” tarixində 3-cü dəfə səkkiz top fərqilə qalib gəlib.
Qeyd edək ki, komandamız 1/4 finalda “Səbail”lə qarşılaşacaq. Bu mərhələnin ilk görüşləri dekabrın 10-11-də, cavab matçları 14-15-də baş tutacaq.

“Qəbələ”
23. Aqil Məmmədov
3. Voislav Stankoviç
(88. Tellur Mütəllimov, 63)
10. Ruslan Qurbanov
(32. Amin Seydiyev, 59)
12. Endi Hallidey
14. Cavid Hüseynov (k)
18. İlqar Qurbanov
19. Filip Ozobiç
29. Hacıağa Hacıyev
34. Urfan Abbasov 
45. Famussa Kone
(70. Ülvi İsgəndərov, 46)
90. Ekiqo Ehiosun

Ehtiyat oyunçular:
22. Dmitri Bezotosnı
35. Murad Popov
4. Elvin Camalov
6. Elvin Məmmədov
8. Qismət Alıyev
9. Baqali Dabo
11. Asif Məmmədov
17. Roman Hüseynov

Baş məşqçi: Roman Qriqorçuk

“Mil-Muğan”
25. Çərkəz Həsənov
8. Anar Babazadə
10. Samir Babayev (k)
14. Elnur Məmmədov
4. Allahverdi Fərzəliyev
23. Comərd Baxışəliyev
18. Vüqar Asəliyev
(44. Osman Osmanov, 71)
9. Elxan Məmmədov
19. Elməddin Hüseynzadə
(6. Nicat Fərəcli, 57)
20. İlqar Hüseynov
(3. Vasif Mehrəliyev, 46)
7. Bayram Əliyev

Ehtiyat oyunçular:
1. Şöhlət Rəhimov
11. Böyükağa Əhmədov
32. Coşqun Kərimli

Baş məşqçi: Xalıq Mustafayev