«Qəbələ»dən «Sumqayıt»a 45 dəqiqəlik futbol dərsi
Oyun icmalı / 26 Avqust 2012 | 12:56781
«Qəbələ»dən «Sumqayıt»a 45 dəqiqəlik futbol dərsi

“Qəbələ” – “Sumqayıt” 4:1

26 avqust 2012. Saat 19:00. Qəbələ şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Azər Əsgərov
Dördüncu hakim: Əliyar Ağayev 
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabbarov
Sarı vərəqələr: Yannik Kamanan, 17 (qeyri-idman hərəkəti); Nodar Məmmədov, 56; (qeyri-idman hərəkəti); Ürfan Abbasov, 86 (qeyri-idman hərəkəti) // Murad Ağayev, 13 (qeyri-idman hərəkəti); Murat Doymuş, 83 (qeyri-idman hərəkəti)
Qollar: Bruno da Silva, 33; Umar Kalabane, 53; Rəşad Abdullayev, 55; Umar Kalabane, 71 // Ruslan Qurbanov, 18
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

Iki eyni xala malik komandanın görüşünün maraqlı və gərgin keçəcəyini öncədən söyləmək olardı. Hər iki komandanın ötən turda məğlub olması matçın gərginliyini artıran faktorlardan idi. Matç tətəflərin ehtiyatlı hücumları ilə start götürdü. Qarşılaşmada ilk real qol vəziyyəti 15-ci dəqiqəyə təadüf etdi. İlk öncə qonaq komandadan Ruslan Qurbanovun, daha sonra Ceyhun Sultanovun zərbəsini Dieqo zərərsizləşdirdi. Az sonra “Sumqayıt” hesabı açdı. Ruslan Qurbanov fərqləndi. “Qəbələ” ilk real qol vəziyyəti isə 18-ci dəqiqədə gerçəkləşdi. Çertoqanovun asmasından sonra Kalabane əlverişli vəziyyəti dəyərləndirə bilmədi. Hücumlarının kəsərini artıran “Qəbələ”  32-ci dəqiqədə tarazlığı bərpa etdi. Assisin ötürməsindən sonra Bruno da Silva qapıçının qoruduğu yaxın küncü dəqiq nişan aldı və ilk hissənin nəticəsini müəyyənləşdirdi – 1:1..
İkinci yarıda isə meydanda fərqli “Qəbələ” var idi. 45-dəqiqənin əvvəlindən sürətli oyuna üstünlük verən Fatih Kavlakın yetirmələri rəqibə göz açmağa imkan vermədilər.  Bu dəqiqələrdə “Qəbələ” daha çox hücumlarını sol cinahdan qururdu. Meydan sahibləri sol cinahda olan braziliyalı oyunçuları – Assis və Dodo hesabına “Sumqayıt”a çətin anlar yaşadırdı. “Qırmızı-qaralar”ın təzyiqi 53-cü dəqiqədə öz bəhrəsini verdi. Assisin künc zərbəsindən sonra mərkəz müdafiəçisi Omar Kalabane başla mükəmməl qola imza atdı. Bu, Qvineya yığmasının kapitanının yeni komandasında ilk qolu idi. Qoldan sonra rəqibin müdafiə xəttində çaşqınlıq yarandı və bu çaşqınlıq çox keçmədən növbəti qolu gətirdi. Sol cinahdan cərimə meydançasına daxil olan Assisin qapı ağzına dəqiq ötürməsini Rəşad Abdullayev eyni dəqiqliklə tamamladı - 3:1. Qeyd edək ki, Rəşad da Kalabane kimi “Qəbələ”də ilk qolunu “Sumqayıt”a vurdu. Bu qoldan sonra da “Qəbələ”nin hücumları səngimədi. Və 71-ci dəqiqədə hesab arasındakı fərq 3-ə çatdı. Yenə Assisin künc zərbəsi və yenə Kalabane başla fərqləndi – 4:1. Oyunun sonrakı dəqiqələrində hər iki komanda daha bir dəfə fərqlənsə də, oyundankənar vəziyyət qeydə alındı. Beləliklə, ikinci hissədə rəqibinə futbol dərsi keçən “Qəbələ” 3 xalı 4 qolla qazandı və turnir cədvəlində 3-cü yerə yüksəldi.       

                
“Qəbələ”

25. Kosta Silva Dieqo
8. Bruno Da Silva
10. Luis Paulo Hilario
(99. Amil Yunanov, dəq.84)
11. Yannik Kamanan
15. Kalabane Umar
18. Aleksandr Çertoqanov (k)
(21. Elmar Baxşıyev, dəq.68)
22. Lourival Rodriqes
(9. Viktor Mendi, dəq.76)
27. Rəşad Abdullayev
34. Ürfan Abbasov
84. Kelhar Dejan
88. Nodar Məmmədov

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
3. Vurğun Hüseynov
20. Rəşid Əmiraslanov
23. Şəhriyar Xəlilov

Baş məşqçi: Fatih Kavlak

                 
“Sumqayıt”

1. Səlahət Ağayev
2. Slavik Alxasov
4. Samir Abbasov (k)
5. Murat Doymuş
7. Fərcad-Azad Pərdis
9. Orxan Əliyev
10. Ceyhun Sultanov
13. Murad Ağayev
(6. Tamer Taktak, dəq.57)
22. Erdal Çelik
27. Ramil Həşimzadə
(21. Məhəmməd Mirzəbəyov, dəq.57)
91. Ruslan Qurbanov
(50. Murad Hüseynov, dəq.69)

Ehtiyat oyunçular:

12. Elçin Sadıqov
8. Aqşin Muxtaroğlu
11. Sabir Allahquliyev
77. Elçin Xəlilov

Baş məşqçi: Bernhard Raab

Bernhard Raab: ""Qarabağ" məğlubiyyətindən sonra bu oyuna yaxşı hazırlaşmışdıq. İlk 30 dəqiqə yaxşı oynasaq da, çox asan qollar buraxdıq". 

Fatih Kavlak: "Yaxşı oyun keçdi. Bizim hədəfimiz yuxarı pillələrdə yer almaqdır. Heyətimiz də güclüdür. Ümid edirəm ki, hər şey yaxşı olacaq. "Sumqayıt"a da uğurlar arzulayıram".