«Qəbələ» «Dinamo» səddini keçə bilmədi
Xəbərlər / 19 Oktyabr 2016 | 21:01582
«Qəbələ» «Dinamo» səddini keçə bilmədi

“Dinamo” (Moskva, Rusiya) – “Qəbələ” (Azərbaycan) – 5:0

UEFA Gənclər Liqası, Çempionlar yolu

I mərhələ, cavab oyunu

19 oktyabr. Saat 19:00. Ximki. “Rodina” stadionu

Baş hakim: Dumitru Muntyan

Baş hakimin köməkçiləri: Vyaçeslav Sivaçiov, Anatoli Basiul (hamısı Moldova)

Hakim-inspektor: Yuri Baskakov (Rusiya)

UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)

Qollar: Anton Terexov, 28, Nikolay Obolski, 50, 73, Vyaçeslav Qrulev, 85, Denis Sedıx, 89

Sarı vərəqələr: Eduard Şolox, 31, Roman Yevgenyev, 42, Pavel Lelyuxin, 60, Nikolay Obolski, 81 

Artırılan vaxt: I hissədə 2 dəq., II hissədə 0 dəq.

İlk oyun – 2:0

Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda I mərhələnin cavab oyunları keçirilib. Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” Rusiya çempionu Moskva “Dinamo”su ilə qarşılaşıb. 2015-2016-cı illər mövsümündə U-19 Liqanın qalibi olan “qırmızı-qaralar” öz meydanında 0:2 hesabı ilə uduzduğundan səfərdə qələbə istəyi ilə meydana çıxıb. Ilk oyunla müqayisədə start heyətində 2 dəyişiklik edən baş məşqçi Hüseynqulu Quliyev Əli Sadıqovla Maqsud Ələkbərova şans verib. Əvəzində Elvin Dəmirov və Ravil Yusifli “18-lik”dən kənar qalıblar. Komandamız oyuna fəal başlayıb, ərazi üstünlüyünə yiyələnməyə çalışıb. Xəyal Əmirli və Roman Hüseynov matçın əvvəlində əldə etdiyi qol imkanları dəqiq zərbə ilə tamamlamayıb. Meydan sahiblərinin qapıçısı da ardıcıl bir neçə dəfə “Qəbələ”nin hesabı açmasına mane olub. İlk yarının ortalarında oyunu tarazlaşdıran “Dinamo” 29-cu dəqiqədə Terexovun qolu ilə önə keçib. 2 dəqiqə sonra Roman bərabərlik qoluna yaxın olsa da, rusiyalıları qapı tiri xilas edib. “Qırmızı-qaralar”ın qarşısını almaqda çətinlik çəkən meydan sahibləri kobudluğa əl atmaqdan çəkinmir və bu üzdən bir-birinin ardınca sarı vərəqə ilə cəzalanıb. “Dinamo” daha çox sürətli əks-hücumlarla fərqi artırmağa cəhd edib.

İkinci hissədə erkən qol vuran Moskva klubu 50-ci dəqiqədə Obolskinin fərqlənməsi ilə üstünlüyünü artırıb – 2:0. Bu qoldan sonra rusiyalılar meydanda da tarazlıq yaradıb və azarkeşlər qarşılıqlı hücumlara şahid olublar. Quliyevin əvəzetmələrlə matçın axarını dəyişmək istəyi də alınmayıb. “Dinamo” Obolskinin dublu sayəsində fərqi 3 topa çatdırıb – 3:0. Qarşılaşmanın sonlarında isə “Dinamo” daha iki dəfə fərqlənib. Meydana sonradan daxil olan Qrulev və Sedıx moskvalıların üstünlüyünü artırıb – 5:0. Beləliklə, hər iki oyunda qalib gələn “Dinamo” növbəti mərhələyə yüksəlib. “Qəbələ” isə debüt mövsümündə mübarizəni dayandırıb.

“Dinamo”

16. İvan Zirikov

2. Maksim Nenaxov

3. Semyon Matviyçuk

4. Nikita Kaluqin

5. Roman Yevgenyev

6. Pavel Lelyuxin

(17. Stanislav Latseviç, 88)

7. Mixail Moqulkin 

(20. Vyaçeslav Qrulev, 73)

8. Eduard Şolox

9. Nikolay Obolski (k)

11. Anton Terexov

(10. Denis Sedıx, 75)

33. Roman Denisov

Ehtiyat oyunçular:

1. Pyotr Kesarevski

18. Artyom Qorbulin

19. Kiril Burıkin

34. Viktor Demyanov

Baş məşqçi: Sergey Çikişev

 

“Qəbələ”

36. Süleyman Süleymanov

16. Ülvi İsgəndərov

21. Roman Hüseynov

23. Amin Seydiyev

24. Maqsud Ələkbərov

29. Haciağa Hacıyev

30. Bəhlul Mustafazadə (k)

55. Xəyal Əmirli

70. Fərid Nəbiyev

(66. Nurlan Quliyev, 66)

79. Əli Sadiqov

(31. Elvin Həsənov, 79)

98. Rövlan Muradov

Ehtiyat oyunçular

45. Toğrul Məhəmmədbəyli

25. Əzəmət Ələkbərli

50. Sahil Zeynalov

82. Cavidan Qasımlı

96. Qədir Bayramlı

Baş məşqçi: Hüseynqulu Quliyev