«Qəbələ» doğma meydançada mövsümün ilk məğlubiyyətini aldı
Oyun icmalı / 24 Sentyabr 2012 | 14:22522
«Qəbələ» doğma meydançada mövsümün ilk məğlubiyyətini aldı

"Qəbələ" - "Rəvan" 1:3

24 sentyabr 2012. Saat 17:00. Qəbələ şəhər stadionu. 1200 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Nahid Əliyev, Ramiz Əsədov
Dördüncu hakim: Fərid Məmmədov 
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabbarov
Sarı vərəqələr:  Aleksandr Çertoqanov, 72 ; 72 // Ekrem Hodziç, 33 ; Kristian Torres, 50; Juan Varela, 76 ; Orxan Lalayev, 78 
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 72 (bilərəkdən rəqibi əllə tutduğuna görə)
Qollar: Aleksandr Çertoqanov, 37 // Juan Manuel Varela, 23; Kristian Torres, 64; Nuran Qurbanov, 90+1 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

                
“Qəbələ”

25. Dieqo Kosta Silva 
8. Bruno Da Silva
9. Viktor Mendi 
10. Luis Paulo Hilario
15. Umar Kalabane 
18. Aleksandr Çertoqanov
21. Elmar Baxşıyev (k)
22. Lourival Rodriqes
(11. Yannik Kamanan, dəq.77)
23. Şəhriyar Xəlilov
34. Ürfan Abbasov
(99. Amil Yunanov, dəq.70)
84. Kelhar Dejan

Ehtiyat oyunçular:

30. Anar Nəzirov
5. Muammer Erdoğdu
26. Daniel Lopes Kruz
37. Kamal Mirzəyev
88. Nodar Məmmədov

Baş məşqçi: Fatih Kavlak


“Rəvan”

12. Davud Kərimi
3. Miloş Zeçeviç (k)
4. Ekrem Hodziç
11. Şeriff Suma
14. Juan Manuel Varela
15. Tural Cəlilov
(22. Tofiq Mikayılov, dəq.79)
16. Orxan Lalayev 
18. Samuel Barlay
20. Kristian Torres
(13. Şəhriyar Rəhimov, dəq.90+1)
26. Fransis Bosman
(28. Amid Quluzadə, dəq.85)
27. Nuran Qurbanov

Ehtiyat oyunçular:

99. Murad Qənbərov
5. Nikolay Orlovskiy
10. Nemanya Vidakoviç 
19. Hüseyn Axundov 

Baş məşqçi: Bəhmən Həsənov 

Bəhmən Həsənov: “Bu gün “Qəbələ” ilə oyunda xal qazanmaq istəyirdik. Gözəl oyun nümayiş etdirdik, komandamız qalib gəldi. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm”.
 
Fatih Kavlak: “Çox pis oynadıq. İlk hissədə yaxşı oyun göstərə bilmədik. İstədiyimiz qol epizodlarını yarada bilmədik. İkinci hissədə qalib gəlməyi daha çox istəyirdik, lakin əks-hücumdan qapımızda qol gördük. Oyunun son dəqiqələrində isə qapımızdan daha bir qol buraxdıq və məğlub olduq. Rəqibi qələbə ilə təbrik edirəm”.