«Qəbələ» Endi Hallideylə yollarını ayırdı
Xəbərlər / 4 Yanvar 2018 | 20:121144
«Qəbələ» Endi Hallideylə yollarını ayırdı

“Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırıb. Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib. 2017-ci yayından komandamızda çıxış edən legioner 2017-2018-cı illər mövsümünün ilk yarısında “Qəbələ”nin şərəfini qoruyub. Endi “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 8 oyun keçirib. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.

“Qəbələ” İdman Klubu Endi Hallidey və komandamızdan gedən digər futbolçulara - Ekiqo Ehiosun, Aqil Məmmədov və Tellur Mütəllimova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edir, hər birinə gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.