«Qəbələ» ev oyunundan xalsız ayrıldı - Video
Xəbərlər / 29 Sentyabr 2017 | 20:56454
«Qəbələ» ev oyunundan xalsız ayrıldı - Video

“Qəbələ” – “Kəpəz” – 0:2

29 sentyabr 2017. Saat 18:30. Qəbələ şəhər stadionu, 175 tamaşaçı  

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Vaqif Musayev, İsgəndər Əliyev        

Dördüncü hakim: Rəvan Həmzəzadə  

AFFA nümayəndəsi: Namiq Məstanov   

Hakim-inspektor: Vüsal Əliyev     

Sarı vərəqələr:  Ruslan Qurbanov, 47 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 83 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 84 (qeyri-idman hərəkəti); Elvin Məmmədov, 90+2 (qeyri-idman hərəkəti) // Şəhriyar Rəhimov, 53 (qeyri-idman hərəkəti); İlkin Sadıqov, 59 (qeyri-idman hərəkəti)

Qollar: Kərim Diniyev, 48; İlkin Sadıqov, 56 

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4. dəq.

 

Bu gün Topaz Premyer Liqasında VII tura start verilib. I dövrənin son turunda “Qəbələ” “Kəpəz”lə qarşılaşıb. Görüş təqvimə əsasən qərblilərin meydanında keçirilməli olsa da, Gəncə təmsilçisinin stadionunda yenidənqurma işləri aparıldığından matç Qəbələdə keçirilib. Nəticədə “qırmızı-qaralar” ardıcıl 2-ci ev oyununa çıxıb.

Baş məşqçi Roman Qriqorçuk ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib. “Neftçi” ilə matça ilk dəqiqələrdən başlayan Endi Hallidey, Stiven Monroz və Tellur Mütəllimov bu dəfə “11-lik”dən kənarda qalıb. Əvəzində Elvin Məmmədov, Ruslan Qurbanov və Dion Malone start heyətində yer alıb.

Son iki turda qələbə qazanan “qırmızı-qaralar” dövrənin son matçına da qələbə iddiası ilə çıxıb. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyə qələbə ilə yollanmaq istəyində olan komandamız matça fəal başlasa da rəqibin müdafiə səddini yarmaqda çətinlik çəkib. Ümumiyyətlə, ilk yarı daha çox top uğrunda mübarizə və qarşılıqlı hücumlarla yadda qalıb. “Qəbələ”nin qol vurmaq üçün ən real qol vəziyyətini isə Malone əldə edib. Qapıçı ilə üz-üzə qalan legioner bu imkandan yararlana bilməyib.

Fasilədən sonra qələbə qolunu vurmağa çalışan “qırmızı-qaralar” ikinci hissəyə dəyişikliklə başlayıb. Komandamızda ikinci hücumçu – Famoussa Kone meydana çıxıb. Lakin hesabı qonaqlar açıb. Künc zərbəsindən sonra Kərim Diniyev fərqlənib. Buraxılan qoldan sonra irəli atılan “Qəbələ” rəqibin kəskin əks-hücumunu buraxıb. Sol cinahdan irəliləyib, cərimə meydanına daxil olan İlkin Sadıqov görüşdə ikinci qolu vurub. Hesabda 2 top geri düşdükdən sonra “qırmızı-qaralar” daha böyük qüvvə ilə rəqib qapısına hücum etməyə başlayıb. Müdafiəçini 3-cü hücumçu ilə əvəz edən Qriqorçuk fasilədən sonra komandaya qayıdan Ekiqo Ehiosuna da şans verib. Lakin hücumların sonluğunda kəsər artmayıb. Baqali Dabonun yaxın məsafədən endirdiyi bir neçə zərbə istisna olmaqla qonaqların qapısı önündə real qol vəziyyəti yaranmayıb. “Kəpəz” isə kəskin əks-hücumlarda fərqlənmək imkanları qazanıb. Bir neçə dəfə Dmitri Bezotosnı, bir dəfə isə qapı dirəyi komandamızı qoldan xilas edib.

Beləliklə, 0:2 hesabı ilə uduzan “Qəbələ” mövsümdə ilk ev məğlubiyyətini alıb.

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

(21. Deyv Bultuis, 34)

(90. Ekiqo Ehiosun, 66)

6. Elvin Məmmədov

8. Qismət Alıyev

9. Baqali Dabo

10. Ruslan Qurbanov

(45. Famussa Kone, 49)

11. Asif Məmmədov

14. Cavid Hüseynov (k)

15. Vitali Vernidub

16. Dion Omar Malone

34. Urfan Abbasov 

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

7. Alen Akserov

12. Endi Hallidey

17. Roman Hüseynov

70. Ülvi İsgəndərov

88. Tellur Mütəllimov

 

Baş məşqçi: Roman Qriqorçuk

 

“Kəpəz”

1.Davud Kərimi

21. Novruz Məmmədov

4. Şəhriyar Əliyev

(15. Azad Kərimov, 79)

3. Dedimar Fereyra

13. Şəhriyar Rəhimov (k)

5. Kərim Diniyev

6. Ceyhun Cavadov

(11. Kamran Abdullazadə, 67)

9. İlkin Sadıqov

(2. Yusif Cəfərov, 85)

10. Tural Rzayev

20. Samba Dialo

8. Viktor Oseqeyl 

 

Ehtiyat oyunçular:

 

22. Ruzi Qiyaslı

18. Tural Cəlilov

16. Azər Məmmədov

12. İlyas Səfərzadə

 

Baş məşqçi: Şahin Diniyev