«Qəbələ» final mərhələsinin ən yaxşısı oldu
Xəbərlər / 14 May 2012 | 07:07254
«Qəbələ» final mərhələsinin ən yaxşısı oldu

Unibank Premyer Liqasının 2011-2012 mövsümünün final mərhələsinin ən yaxşısı “Qəbələ”  olub. Fatih Kavlakın yetirmələri həlledici 10 qarşılaşmada hamıdan çox – 17 xal toplayıb. “Sumqayıt” isə hamıdan az – 9 xal qazanıb.

“Qəbələ” həm də “Rəvan”la birlikdə final mərhələsinin ən məhsuldar komandaları olublar – hərəyə - 16 qol. Bürünc mükafatçı “İnter” isə cəmi 8 qol vurub.

Final mərhələsində ən yaxşı müdafiəyə “Simurq” malik olub – 7 buraxılmış top. Qapısında 17 qol görən “Kəpəz” isə antirekordçu olub.

“Bakı” və “Qəbələ” hamıdan çox - 5 qələbə qazanıb. Paytaxt təmsilçisi həm də final mərhələsində heç-heçə etməyən yeganə komandadır. “Simurq”un isə 6 heç-heçəsi var. Zaqatala təmsilçisi həm də ən az uduzan komanda olub – cəmi 1 dəfə. Ən az – cəmi 2 qələbə isə “Sumqayıt”ın hesabındadır. “Kəpəz” isə 6 oyunu xalsız tərk edib.

Qeyd edək ki, final mərhələsinin 60 oyununda qapılara 137 qol vurulub.

Qəbələ                  5     2    3    16 - 9    17

Rəvan                   4    4    2    16 - 10   16

Xəzər Lənkəran   4    3    3    11 - 9    15

Simurq                  3    6    1     9 - 7     15

Bakı                       5    0    5    15 - 14   15

AZAL                      4    3    3     9 - 9     15

Turan                     3    5    2    13 - 9     14

Neftçi                     4    2    4    10 - 13   14

Qarabağ                3    3    4     10 - 14  12

İnter                       3    2    5      8 - 11   11

Kəpəz                     3    1    6     9 - 17    10

Sumqayıt               2    3    5     11 - 15    9