«Qəbələ» Gəncədən 3 xalla dönür - Video
Xəbərlər / 9 Mart 2018 | 17:13318
«Qəbələ» Gəncədən 3 xalla dönür - Video

“Kəpəz” – “Qəbələ” – 0:1

9 mart 2018. Saat 15:00. Gəncə şəhər stadionu, 5000 tamaşaçı  

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Elman Musayev, Mübariz Haşımov         

Dördüncü hakim: Ömər Paşayev 

AFFA nümayəndəsi: Erkin Hüseynov  

Hakim-inspektor: Şahin Cəfərov 

Sarı vərəqələr: Tural Cəlilov, 21 (qeyri-idman hərəkəti) // Hacıağa Hacıyev, 19 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 30 (qeyri-idman hərəkəti)

Qol: Filip Ozobiç, 66 

Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

 

Bu gün Topaz Premyer Liqasında XIX tura start verilib. Turun ilk görüşü Gəncədə baş tutub. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Qəbələ” səfərdə “Kəpəz”in qonağı olub. “Qırmızı-qaralar” səfər matçına ötən turla müqayisədə fərqli heyətlə çıxıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk start “11-liy”ində 4 dəyişiklik edib. Asif Məmmədov, Omar Malone, Hacıağa Hacıyev, Təmkin Xəlilzadə ilk dəqiqələrdən meydana çıxıb. Əvəzində Vojislav Stankoviç, Elvin Camalov, Elvin Məmmədov, Yusif Nəbiyev “11-lik”dən kənar qalıb.

Matçın ilk dəqiqələrindən üstünlüyü ələ almağa çalışan “Qəbələ” topa daha çox nəzarət edib. “Qırmızı-qaralar” rəqib qapısına hücumlar təşkil etməyə çalışıblar. Meydan sahibləri isə daha çox əks-hücumlarda rəqibin müdafiə xəttinə çətinlik yaratmağa cəhd ediblər. Gəncə təmsilçisi sürətli futbolçuları bir neçə dəfə istəyinə yaxın olsa da, real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. “Qəbələ” isə fasiləyədək iki dəfə Sergey Litovçenkonu narahat edib. Lakin həm Famussa Konenin, həm də cərimə zərbəsindən fərqlənməyə çalışan Filip Ozobiçin zərbəsini qolkiper dəf edib.

İkinci hissədə fəallığı artıran “Qəbələ” hücumlarının sayını artırıb. Rəqib qapısına daha çox həmlələr təşkil edən komandamız bir neçə qol epizodu da yaratmağa müvəffəq olub. Lakin hesab yalnız 66-cı dəqiqədə açılıb. Cərimə meydanının xətti üzərindən zərbə endirən Filip Ozobiç qarşılaşmanın taleyini həll edən qola imza atıb. Bu, yarımmüdafiəçinin mövsümdə 4-cü, Premyer Liqada isə ümumilikdə 15-ci qolu olub. Hesab açıldıqdan sonra da hücumlarını davam etdirən “qırmızı-qaralar” fərqi artırmağa çalışsa da, istəyinə çatmayıb. Meydan sahibləri isə görüşün sonlarında bərabərlik qolu vurmaq üçün irəli atılıb. Son saniyələrdə Gəncə təmsilçisinin sevinməsinə Dmitri Bezotosnının inamlı oyunu imkan verməyib.

Beləliklə, “Qəbələ” mövsümdə 12-ci qələbəsini qazanıb.

“Kəpəz”

22. Sergey Litovçenko

15. İqor Korotetski

13.Şəhriyar Rəhimov (k)

4. Şəhriyar Əliyev

18. Tural Cəlilov

91. Dario Federiko

16. Quili Mandqaladze

8. Samir Zərgərov

(10. Tural Rzayev, 76)

20. Tərzin Cahangirov

(48. Dieqo Souza, 70)

7. Roman Hüseynov

(9. İlkin Sadıqov, 70)

24. Şadon Vinçester

 

Ehtiyat oyunçular

 

1.Davud Kərimi

55. Tərlan Qasımzadə

5. Tural Nərimanov

6. Ceyhun Cavadov

11. Kamran Abdullazadə

12. İlyas Səfərzadə

21. Murad Səttarlı

3. Dedimar Ferreyra

2. Yusif Cəfərov

 

Baş məşqçi: Yunis Hüseynov

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

9. Baqali Dabo

10. Ruslan Qurbanov

11. Asif Məmmədov (k)

15. Vitali Vernidub

16. Omar Malone

19. Filip Ozobiç

29. Hacıağa Hacıyev

33. Təmkin Xəlilzadə

34. Urfan Abbasov

45. Famussa Kone

(6. Elvin Məmmədov, 88) 

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

4. Elvin Camalov

5. Rasim Ramaldanov

18. İlqar Qurbanov

32. Amin Seydiyev

89. Abbas Ağazadə

 

Baş məşqçi: Roman Qriqorçuk